Turistlər üçün ən təhlükəli ölkələr - SİYAHI

20:51 | 29.09.2014
Turistlər üçün ən təhlükəli ölkələr - SİYAHI

Turistlər üçün ən təhlükəli ölkələr - SİYAHI

Bir turist kimi hansı ölkəyə getməzdən əvvəl bir daha düşünməyiniz lazımdır? ABŞ Xarici İşlər Nazirliyi sizin üçün əvvəlcədən düşünüb...

Bu gün insanlar harada və nə qədər müdafiə olunur? Müdafiə olunmağın ölçüləri dəyişib. Artıq vəhşi heyvanlardan və ya öldürücü soyuqlardan əvvəlki qədər qorxmuruq. Təbiət təhdidlərini bir-birinə qarşı düşmən olmağı seçən insanlar əvəz etdi. 

Xülasə, dünya təhlükəli bir yerdir. Televizoru açdığımızda, xəbərləri oxuduğumuzda, sosial medianı izlədiyimizdə təhlükənin ölçülərini  qavramaq asanlaşır.

ABŞ Xarici İşlər Nazirliyi tərəfindən elan olunan və turistlərə təhlükələr haqqında məlumat verilməsi üçün təşkil olunmuş "Səyahət Xəbərdarlığı"nda  (“Travel Warning”)  verilənə görə, dünyanın gedilməsi doğru olmayan ən təhlükəli yerləri haradı və səbəbi nədir?

Qeyri-sabit hökumətlər, vətəndaş müharibəsi, davam edən sıx cinayət və zorakılıq,  terrorist hücumlar və digər bu kimi parametrlər əsasında formalaşan sənəd, risk analizinə fokuslanaraq turistlərin arzulanmayan vəziyyətlərlə qarşılaşmalarını önləməyi hədəfləyir. Və vəziyyət dəyişəni qədər, məlumatları sabit qalır. 

 ABŞ Xarici İşlər Nazirliyi tərəfindən "ən təhlükəli" olan ölkələr: 

Bəzi bölgələri təhlükəli olan ölkələr: Kolumbiya və Meksika 

Bütün bölgələri təhlükəli olan ölkələr: Əlcəzair, Səudiyyə Ərəbistanı, Rusiya, Honduras, Venesuela, İran, El Salvador, Nigeriya, Mozambik 

Lazım olmadığı təqdirdə gedilməsi doğru olmayan bölgələri olan ölkələr: Filippin, Kenya, İsrail 

Bəzi bölgələrinə heç bir zaman gedilməməsi lazım olan ölkələr: Ukrayna, Nigeriya, Kamerun, Konqo Demokratik Respublikası, Sudan, Çad 

Gedilməməli ölkələr: Əfqanıstan, Livan, İraq, Cənubi Sudan, Somali, Şimali Koreya 

Burada olan vətəndaşların təcili olaraq ayrılmaları lazımdır: Mərkəzi Afrika Respublikası, Liviya, Suriya, Yəmən 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb