Türk əsgəri terrorçulara qarşı hərəkətə keçdi

11:00 | 15.03.2016
Türk əsgəri terrorçulara qarşı hərəkətə keçdi

Türk əsgəri terrorçulara qarşı hərəkətə keçdi

Türkiyə Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının bölmələri ölkənin şərqində, Şırnakda PKK terror qruplaşmasına qarşı birgə əməliyyata başlayıb.

Oxu.Az xəbər verir ki, dünən gecə saat 23:00-dan sonra küçəyə çıxmaq qadağasının tətbiqindən dərhal sonra anti-terror əməliyyatları başlayıb.

Birgə əməliyyata martın 4-də PKK yaraqlıları ilə döyüş zamanı baş çavuş Musa Yılmazı xilas etməyə çalışarkən şəhid olmuş leytenant Mehmet Çiftçinin adı verilib.

Bildirilir ki, hazırda Şırnaka nəqliyyat vasitələrinin daxil olmasına icazə verilmir.

Diyarbakır'ın merkez Bağlar ilçesindeki Kaynartepe Mahallesi'nde sokağa çıkma yasağı ilan edildiği duyuruldu.
Digər bir əməliyyat istə Diyarbəkirin Bağlar yaşayış məntəqəsində həyata keçirilir.

Kəşfiyyatın Bağların Kaynartepe məhəlləsində PKK terrorçuları tərəfindən səngər qazılacağı, barrikadaların qurulacağı barədə məlumat almasından sonra ərazidə vətəndaşların küçəyə çıxmasına qadağa qoyulub və anti-terror əməliyyatı keçirilir.

Qeyd edək ki, martın 13-də Ankarada bomba partlayışı nəticəsində 37 nəfər həlak olub, daha 125 nəfər yaralanıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb