Türkiyə Avropa İttifaqını ikili standartlarda ittiham edib

11:44 | 22.07.2016
Türkiyə Avropa İttifaqını ikili standartlarda ittiham edib

Türkiyə Avropa İttifaqını ikili standartlarda ittiham edib

Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı Qərb ölkələri tərəfindən tənqid səsləndirilməsi ikili standartların açıq-aydın nümunəsidir.
 
APA-nın xəbərinə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.  
 
"Bu ikili standartların açıq-aydın nümunəsidir... Biz hamımız Parisdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş terror aktını pislədik. Amma bu zaman heç kim Fransanı insan haqlarını pozmaqda ittiham etmədi. Biz Avropaya üz tuturuq – Fransanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın. Türkiyəni Belçikada  terror aktları törədildikdən sonra  fövqəladə vəziyyət  elan olundu.  Belçikanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın”, - Kalın CNN Türk  telekanalına müsahibəsində bildirib.  
 
Onun sözlərinə görə,  fövqəladə vəziyyət rejimi hüquq normaları çərçivəsində  tətbiq ediləcək və insanların gündəlik həyatına təsir etməyəcək: "Lakin hökumət ölkənin təhrikçilərdən təmizlənməsi üçün əlindən gələni edəcək”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb