Anews.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
Bu il fevralın 25-də Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasnını İclasında iki ölkə arasındakı ticarət həcmini artıracaq Preferensial Ticarət Sazişinin imzalandığını xatırladan R.Pekcan: "Müqavilənin daxili ratifikasiya prosesinin Azərbaycanda tamamlanmış olduğunu məmuniyyətlə qarşılayırıq. Biz də daxili ratifikasiya prosesini Böyük Millət Məclisi açılar-açılmaz tamamlayacağımıza ümid edirik. Məqsədimiz Azərbaycanla Preferensial Ticarət Sazişi imzalamaqdır”.
Xatırladaq ki, Azərbaycan "Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında" Qanunu 2020-ci ilin mayın 31-də ratifikasiya edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !