Türkiyə növbəti sınaq qarşısında: Bu tarixdə ölkənin taleyi həll olunacaq

18:41 | 20.08.2015
Türkiyə növbəti sınaq qarşısında: Bu tarixdə ölkənin taleyi həll olunacaq

Türkiyə növbəti sınaq qarşısında: Bu tarixdə ölkənin taleyi həll olunacaq

Ali Seçki Şurasının (YSK) təkrar parlament seçkilərinin keçirilməsi üçün qanundakı 90 günlük müddəti 30 gün (1 ay) qısaldaraq, noyabrın 1-də seçkiləri təyin etməyi planlaşdırdığı öyrənilib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə erkən seçkiyə gedilməsi ehtimalının qaçılmaz olmasının dərhal ardından təkrar seçkinin keçiriləcəyi tarix müzakirə edilməyə başlanıb. Bu səbəbdən YSK təkrar seçkilərin keçiriləcəyi təqdirdə qanundakı 90 günlük müddəti qısaltma səlahiyyəti olduğunu yekdilliklə qəbul edib.

YSK-nin bu qərarının qəti olduğu və etirazın mümkün olmadığı öyrənilərkən, qərarın da Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil edilən Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasının (HDP) YSK-dakı nümayəndələrinin də müsbət fikirləri alındıqdan sonra yekdilliklə qəbul edildiyi vurğulanıb.

Beləliklə, dövlət başçısı tərəfindən 45 gün müddətində hökumət qurulamadığı üçün erkən seçki qərarı alınması halında, 90 gün sonra ilk bazar günü təkrar seçki keçirmək lazımdır.

YSK-dakı mənbələrdən verilən məlumata görə, Ərdoğanın erkən seçki qərarının ardından 90 gün müddəti 60 günə çəkiləcək və seçki təqvimi 30 gün (1 ay) qısalacaq. Bu vəziyyətdə, erkən seçki noyabr ayının əvvəlində keçirilə biləcək. Mənbə onu da qeyd edib ki, erkən seçki qərarı veriləcəyi təqdirdə seçkilərin noyabrın 1-də keçiriləcəyi açıqlanacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb