“Türkiyə Prezidentliyinə namizəd “Bizim Yol”a müsahibə verdi” – Video

21:39 | 11.06.2018
“Türkiyə Prezidentliyinə namizəd “Bizim Yol”a müsahibə verdi” – Video

“Türkiyə Prezidentliyinə namizəd “Bizim Yol”a müsahibə verdi” – Video

Muharrem İnce Bizim Yol-a özəl müsahibə verdi.
Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncənin "Bizim Yol” qəzetinə-bizimyol.info saytına müsahibəsi:
"Azərbaycanla var olan əlaqələrimiz daha da irəliləyəcək”
24 iyun Türkiyə Cümhuriyyətində prezident və millət vəkillərinin seçim günüdür. Bu həlledici gün, 81 milyon türkiyəlinin başında kim duracaq sualı təkcə Türkiyə türklərinin deyil, bütün dünya türklərinin marağındadır. Türkiyə dövlətinin dünya dövlətləri arasında nüfuzuna, coğrafi və siyasi mövqeyinə görə bu məsələ bütün ölkələrin ilgisini çəkməkdədir.
Türkiyə Cümhurriyyətinə başkanlık edəcək namizədlər arasında ciddi rəqabət hazırda Ədalət və Qalxınma Partiyasının (AKP) namizədi olan hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə arasında görünməkdədir. Görünməyən tərəfdə isə daha ciddi rəqib olduğu deyilən İyi Partiya başkanı və bu partiyadan Cümhurbaşkanlığına namizədliyi irəi sürülən Meral Akşənərdir. Amma Məhərrəm İncə gurultulu çıxışlarıyla göründüyü teviziyalarda rekord qırır. Verdiyi cəlbedici vədlər, performanslar meydanları insan izdihamı ilə doldurur. Ən çox insan axını onun mitiniqləri zamanı olur.
Darmacalda "Bizim Yol”a müsahibə vermək vədinə əməl edən müsahibimiz Türkiyə Cümhuriyyəti başkanlığına namizəd Məhərrəm İncədir.
"Azərbaycandakı türklər başqa ölkələrə görə daha şanslıdır”
– Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Məhərəm İncəyə səs verərlərsə, nəyə nail ola bilərlər, deyə maraqlanırlar. Xaricdə yaşayan Türkiyə vətəndaşları hansı səbəbdən sizi prezident seçməlidir?
– Yurt dışında yaşayan 6 milyon yurttaşımıza öncə baxışımızı dəyişdirəcəyik.
Onlar Türkiyədən hansı səbəblə gedirlərsə getsinlər, yaşadıqları ölkədə bir şəkildə yaşamlarını qazanıblar. Öncə bunu qəbul etməliyik.
Onlara olduqları ölkələrdə Türkiyənin iç durmuyla bağlı fərqli missiyaları yükləməyi doğru hesab etmirəm. Önəmli olan bulundukları ölkələrdə mutlu, başarılı yaşamalarıdır. Bizim onlarına yaşam çabalarına dəstək verməyimiz gərəkir. Məsələn, çocuklarının təhsilinə dəstəklərimizi artırmağımız lazımdır.
Azərbaycandakı yurddaşlarımız, Avropa və diğər ölkələrə görə daha çox şanslıdırlar. Onları yurtdışında yaşayanlar kimi yox, qardaş Azərbaycanda öz işlərinin sahibi, Azərbaycana dəstək verən insanlar olaraq görürəm. Onlar bir işə başlamaq istədikdə əlbəttə subsidiya verəcəyik, iş yerlərinin kiralarına yardımlar edəcəyik.
"Səslərimizin oğurlanmaması üçün nə gərkirsə edəcəyik”
– Apardığımız sorğulardan bu qənaət yarandı ki, Azərbaycan Turkiyə əlaqələri baxımından Millət İttifaqına ümidlər var. Amma Türkiyənin bir çox mətbu orqanlarında yazılanlara nəzər salanda belə fikirlər də yaranır ki, seçimlər antidemokratik ola bilər. Qazanacağınız səsləri necə qoruyacaqsız?
– Bizdən gözləntiləri olanların narahatlıqlarını anlayıram. Biz də öncədən tədbirlərimizi görürük. Hər kəs bilsin ki, nə etmək lazımdırsa, edəcəyik. Səslərimizin oğurlanmasına izn verməyəcəyik.
"Türkiyə fərdlərin deyil, dəyərlərin sabitliyinin qurulduğu bir ölkə olacaq”
– Yeri gəlmişkən, məsləyiniz texniki elm sahəsi üzrədir. Sizcə, texnalogiyanın bu qədər inkişaf etdiyi bir zamanda tam demokratik keçən bir seçki mexanizmi yaratmaq mümkündürmü?
– Türkiyədə seçkilərin demokratik, bərabər şərtlərdə keçməsini istərdik. Amma Türkiyənin seçki qanunvericiliyi, hüquq sistemi, iqtidarı demokratik bir seçkiyə icazə verəcək keyfiyyətdə deyil.Türkiyədə dövlət ilə iqtidar partiyası ayrımı tamamilə ortadan qalxmış vəziyyətdədir. Məsələn, meydanlarda dövlət televiziyası TRT-nin mövqeyini dilə gətirirəm, utanmadan mənə cavab verə bilirlər. Prezidentliyə namizədin nə zaman prezident, nə zaman namizəd, nə zaman partiya başçısı olduğu ayrımı yapılamazmış … Özləri bunu etməyən qurumun tərəfsiz yöneəticiləriymiş…
Demokratiyada seçkilər ədalətli və bərabər şərtlərdə keçirilmirsə, demokratik mədəniyyət, onun təyin etdiyi qaydalar etibarlı deyilsə o ölkə sabitlik tapa bilməz. Nəhayətdə, enində sonunda bunun yaradacağı problemlərlə qarşılaşar.
Ona görə də diləyimiz, mücadiləmiz Türkiyədə demokratiyanın qələbə çalmasıdır.
Biz fərdlərin deyil, qurumların, qaydaların, dəyərlərin sabitliyinin qurulduğu bir ölkə olacağıq.
"Türkçülüyü dəyərsizləşdirmək kürd sorununu həll etməz”
– Gənclərə "3 D” ilə dil öyrətmək fikriniz maraqlıdır. Türkiyə türkcəsinin təhlükədə olmasıyla bağlı gileylənənlər az deyil. Hakimiyyətə gəlirsəniz bu sorunu necə çözməyi düşünürsüz?
– Türkiyədə şəxsiyyət, kimlik müzakirələri yanlış bir zəmində edilir. Məsələn, bu ölkənin bir kürt sorunu var – Bunun adını belə qoymalıyıq. Bu problemin çözümü türk və türkçülüyün gerilətilməsi, dəyərsizləşdirilməsi üzərindən həll edilməyə çalışılarsa, qalıcı cözümü olmaz.
Mənim təklifim türkcənin istifadəsinin zəiflədilməsi deyil, tam tərsinə türkcənin güclənməsindədir. Türkcə güclənəcək, amma kürtcə, lazca, ölkəm insanının ailə içində danışdığı bütün dilləri də güclənəcək. Dillər insanlığın ortak mirasıdır. Bu mirası qoruyan, gəliştirən bir ölkə olacağıq.
Eyni zamanda ölkəmdə ailə içində danışılan hər dil tariximizin, coğrafiyamızın mirasıdır.
Bunları qorumaq, güçləndirmək bizim görəvimizdir.
"İqtisadi gücümüz artınca, türkcəmiz də inkişaf edəcək”
Bilirik ki, dillər təhsilin bir hissəsi olmasa, iqtisadiyyatdakı, rabitə vasitələrindəki və texnologiyalardakı dəyişikliklərdən özlərini qoruya bilməzlər.
Türkcə bizim həm rəsmi dilimiz, həm də fərqliliklərimizi qoruyaraq birlikdəliyimizin dili olmağa davam edəcək.
Dünyada ikili, üçlü dillərin təhsil içinə alındığı çox sayda nümunə tətbiqlər var. Rəsmi dili ingiliscə olan ABŞ-ın Meksikaya yaxın yerlərində ispanca rahatlıqla təhsilə daxil ola bilir. Uşaqlar sadəcə ispancanın qrammatikasını öyrənmir, o dildə yazılan ədəbiyyatı da öyrənir. Məktəbdən aldığı təhsillə ailəsində oxunan yazılı ədəbiyyata da hakim ola bilir.
Mənim bu mövzuda ayrıntılı düşüncələrim var. Amma bunlara qərar verərkən əsl olan sosial bərabərliyin, ictimai uzlaşmanın təmin edilmiş olmasıdır. Bunun üçün səy göstərəcəyəm.
Bir dilin gücü o dildə çıxarılan ədəbi əsərlər və elm sahəsindəki nəşrlərin yaygılaşmasından, iş dünyasının, məsləklərin istifadə etdiyi bilgilərin yayılmasından asılıdır.
Siz ədəbiyyat sahəsində əsərlər çıxarsanız da, uşaq məktəbi bitirib işə girdiyində iş yerində ehtiyac duyduğu məlumatı bir başqa dildən alımaq məcburiyyəti varsa, uşaqlara o dildən istifadə bacarığını da qazandırmalısınız.
Bu gün Türkiyədə bunun qarşılığı ingilis dilidir. Dünya üzərindəki iqtisadi fəaliyyətini önə çıxan ölkələr həm də dillərini önə çıxarmış olur.
"Türkiyə iç sorunlarını aşaraq Avropa Birliyinə üzv olacaq”
– 2004-cü ildə Türkiyə Avropa Birliyinə üzvlüyə namizəd status aldı. Bu mövzuda xarici mətbuatda bir sualla rastlaşdıq. Avropalılar düşünür ki, CHP-nin "sekulyar”lığı alqışlanmalı, amma "milliyyətçiliy”i ilə ehtiyatlı olmaq lazımdır. Çünki "milliyyətçi” kəsimi AB-yə üzvlükdə bir maneə kimi görürlər. Bu mövzuda avropalıların əndişələnməsinə nə deyə bilərsiniz? Və Türkiyənin AB-yə üzvlük youlunda hansı əsas çətinliklə üzləşəcəyinizi ehtimal edirsiniz?
– Üzərimə düşən vəzifədən iərli gələrək CHP adına cavab vermiş olmayım, amma təsbitlər doğru deyil. Bu mövzuda nə düşündüyüm maraq edilirsə keçmişdə etdiyim danışmalara baxa bilərlər. İnsanların ölkələrinin maraqlarını müdafiə etmələri, müstəqilliklərinə düşkün olmaları, vətənpərvər olmaları ayıblanılacaq durum ola bilməz. Türkiyədə bu düşüncələri müdafiə edənlər soya-sopa, bioloji xüsusiyyətlərə heç bir zaman önəm vermədilər. Özlərini Atatürkün düşüncələri ilə ifadə etdilər və edirlər. Mən də onlardan biriyəm.
Macron, Merkel, ölkələrinin maraqlarını qorumaqda nə qədər qərarlıdırlarsa, mən də ən az onlar qədər qərarlıyam. Ölkəmə, yurduma bağlılığım nədən sorun olsun? Türkiyə iç sorunlarını aşaraq AB-yə üzv olacaq. Bu həm Türkiyənin həm də Avropa Birliyinin xeyrinədir. Biz açılan fəsillərdə üzərimizə düşəni edəcəyik. Demokratiyamızı AB standartlarına gətirəcəyik.
"Ərdoğan tərəfdarlarının da maraqlarını qorumaq vəzifəmdir”
– France 24” (Fransanız TV kanalı və xəbər saytı) sizin bir fikrinizə diqqət çəkir: "Biz təkcə öz partiyamızı yox, 81 milyonluq Türkiyəni təmsil edəcəyik”. Sizinlə fikir ayrılığı olan, sizə səs verməyən Türkiyə vətəndaşlarının, xüsusən, cənab Ərdoğan tərəfdarlarının maraqlarını necə təmin edəcəksiniz?
– Bəli, onların da maraqlarını biz təmin edəcəyik. Çünki müstəqil və tərəfsiz bir yarğı onların da xeyrinədir. Demokratik bir Türkiyə onlar üçün də faydalı olacaq. Dövlətin, hər kəsin dövləti halına gəlməsi onlara da azadlıq gətirəcək.
Yurttaşlar müxtəlif zamanlarda çeşidli partiyalara səs verə bilər, zamanla bu görüşlərini dəyişdirə də bilərlər. Daha əvvəl bir partiyanın tərəfi olmaq və ya həmişə elə qalmaq demokratik siyasətin təbiətinin bir parçasıdır.
Cəmiyyətdə, dövlətdə rəhbərlik vəzifəsinə sahib olanlar vətəndaşların siyasi seçimlərini sorğulama haqqına sahib deyillər. Önəmli olan vətəndaşların öz iradələriylə azad siyasi seçim etmələridir.
İctimai güc vətəndaşların siyasi seçimləri üzərinə təzyiq vasitəsi olaraq istifadə edilə bilməz. Bu ölkədə hər kəs vergi verir. Xidmətlər də bu vergilərlə gerçəkləşdirilir.
"Suriyalı qonaqlarımızı ölkələrinə yolalsaq, maliyyə mənbəyi ortaya çıxacaq”
– Sayın Erdoğan deyir, "gəlməyəcəklərini bilirlər, bol kisədən atırlar”. Verdiyiniz vədləri nə qədər zamana gerşəkləşdirməyi düşünürsünüz?
– Əsas hədəfimiz tam və qüsursuz bir parlament sisteminə geri dönməkdir. Türkiyə Böyük Millət Məclisində də əksər səsi biz alsaq iki il davam edəcək bir müddətin təmir-bərpa dövrü olacağını düşünürük. Bu müddət ərzində biz keçirdiyimiz iqtisadi böhrana müdaxilə edəcəyik. İqtisadi böhranı idarə olunan bir səviyyəyə gətirəcəyik.Nə vəəd etmişəmsə, hamısını gerçəkləşdirəcəyik. Gənclərə, qadınlara, çalışanlara verdiyim sözlərin hamısının arxasında dururam.
Bunlar sanıldığı qədər iqtisadiyyata böyük yük gətirmir.
Suriyada sülhü təmin edək, Suriyalı qonaqlarımızı ölkələrinə yollayaq, bu vədlər üçün əhəmiyyətli bir mənbə ortaya çıxmış olacaq.
"Tayyib Ərdoğan dini duyğulardan da istifadə edir”
– Britaniyanın yayım korporasiyası -BBC -nin düşüncəsilə, sizinlə cənab Ərdoğan, yəni sekulyarlarla fundamentalistlər arasında gündəm savaşı gedir. İngilislərin təbirincə desək, bu savaşda hansı siyasi silahdan istifadə edirsiniz?
– Sayın Ərdoğanla mənim aramda dünyəvi-anti dünyəvi, radikal ya da dünyəviləşməçi formasında davam edən bir polemika yoxdur. Ərdoğanın maraqların arasında yurddaşlarımızın dini duyğularını istifadə və istismar etməsi də var. Yoxsa o sekulyarlıq, dünyəvilik, modernləşmə, fundamentalizm üzərində düşünəcək və cəmiyyətlərin inkişafında bunların nə anlama gəldiyini biləcək, öyrənəcək və yorulmayacaq biri deyil.
Onun siyasi rəftarlarında kobud praqmatizm var.
Cəmiyyətdə öz xeyrinə nə varsa hamısından istifadə eləyə bilir.
2011-ci il referandumunda 1980-ci il 12 sentyabr darbəsi zamanı edam edilən Necdət Adalı üçün göz yaşı tökmüşdü.Ama bu gün onun dilində kommunist hər cür pisliyi edən bidirdir.
"Azərbaycanla bağlı təməl siyasətimizdə bir dəyişmə olmayacaq”
– Bildiyimizə görə, bir vaxtlar Atatürkçü Düşüncə Dernəyinə başçılıq etmisiniz. Türkiyənin xaricində, xüsusən də keçmiş SSRİ-nin türk cümhuriyyətlərində insanlar bugünkü Türkiyənin Atatürkçü yolundan döndüyünə təəsfsülənir və Türkiyənin gələcəyi ilə bağlı narahatlıq keçirirlər. 2030-cu ilin Türkiyəsini necə görürsünüz?
– 2030-cu ildə Türkiyə, Atatürkün qoyduğu hədəflərə çatmış, köhnə yaralarını sağaltmış, qərarlı şəkildə irəliləyən bir ölkə olacaq.
– Əgər iqtidara gəlsəniz, Türkiyənin bölgədəki təsirini və beynəlxalq aləmdəki varlığını davam etdirməsini təmin edəcək proqramlarınız nələrdir? Azərbaycanla politika eyni şəkildə davam edəcəkmi, yoxsa fərqli bir şeylər düşünürsünüz?
– Bölgədə sülhü, barışı qoruyan, qonşu ölkələrin hüququna sayğılı güclü bir Türkiyə olacağıq. Azərbaycanla var olan əlaqələrimiz daha da irəliləyəcək. Təməl siyasətlərdə bir dəyişmə olmayacaq.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM