​Türkiyə səfiri: Ukrayna TANAP-a qoşula bilər

10:48 | 31.03.2016
​Türkiyə səfiri: Ukrayna TANAP-a qoşula bilər

​Türkiyə səfiri: Ukrayna TANAP-a qoşula bilər

Türkiyə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində yer alıb və Ukrayna da bu layihədə iştirak edə bilər. 

"Report” xəbər veri ki, bunu Kiyevdə keçirilən "Capturing new markets” adlı forumda çıxış edən Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezel deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin ortaq layihəsi olan TANAP-ın inşası 2019-cu ildə başa çatacaq.

Y.C.Tezel, həmçinin Ukrayna hökuməti enerji sektorunda daha təsirli mövqedə olduğunu da xatırladıb:

"Bu il yanvarın 1-dən Rusiya Türkiyə mallarına embarqo qoydu, amma bu Türkiyə-Ukrayna münasibətlərinə təsir etmədi. Türk Hava Yolları Ukrayna şəhərlərinə olan uçuşları iki dəfə artırıb. Hətta sabahdan (red. Bu gün) etibarən İstanbul – İvano – Frankovsk reysi fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Ukraynanın təbii qaz ehtiyacının böyük bir hissəsi Rusiya hesabına ödənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM