Türkiyə sərhədində DƏHŞƏTLİ HÜCUM: 13 ölü, 20 yaralı - FOTO/VİDEO

21:00 | 02.11.2019
Suriyanın şimalında yerləşən və hazırda Türkiyə ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb, 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”, - nazirliyin məlumatında belə deyilir. Həlak olanların sayının artacağı istisna olunmur.

Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə "Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən dünən sərhəddən on kilometr dərinlikdə Türkiyə hərbçilərinin və Rusiya hərbi polisinin birgə patrulu başlayıb.

Son dakika... Tel Abyad’da bombalı saldırı: 13 sivil hayatını kaybetti





www.anews.az
loading...