Türkiyə şirkətləri üçün Rusiyada qadağan olunmuş fəaliyyət sahələri

22:00 | 30.12.2015
Türkiyə şirkətləri üçün Rusiyada qadağan olunmuş fəaliyyət sahələri

Türkiyə şirkətləri üçün Rusiyada qadağan olunmuş fəaliyyət sahələri

Rusiyanın baş naziri Dmitri Medvedyev Türkiyə şirkətləri üçün Rusiya ərazisində qadağan olunmuş fəaliyyət sahələrinin siyahısı barədə qərar imzalayıb.

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, siyahıya tikinti, memarlıq, mühəndis-texniki layihələndirmə, tədqiqat, turagentliklər, mehmanxana, dövlət qurumları və bələdiyyələrin ehtiyaclarının qarşılanması, ağac emalı kimi fəaliyyət sahələri daxil edilib. 
 
Qadağalar qərarın qüvvəyə minməsinə qədər Türkiyə ilə imzalanmış müqavilələrə şamil olunmur. 
 
Xatırladaq ki, Rusiya 2016-cı ilin yanvarında başlayaraq Türkiyədən bir sıra ərzaq məhsulların idxalını dayandırıb, Türkiyə ilə çarter reyslərini təxirə salıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb