Türkiyə və ABŞ Gülənin ekstradisiyasını müzakirə edib

19:54 | 16.08.2016
Türkiyə və ABŞ Gülənin ekstradisiyasını müzakirə edib

Türkiyə və ABŞ Gülənin ekstradisiyasını müzakirə edib

Bu gün, avqustun 16-da, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər hazırda ABŞ-da yaşayan və rəsmi Ankara tərəfindən hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə ediblər.

Qeyd olunur ki, telefon söhbəti zamanı həmçinin ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gözlənilən səfəri və Suriya ilə bağlı fikir mübadiləsi aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM