Türkiyə və Aİ ölkələrinin liderlərinin görüşü ləğv edildi

12:14 | 18.02.2016
Türkiyə və Aİ ölkələrinin liderlərinin görüşü ləğv edildi

Türkiyə və Aİ ölkələrinin liderlərinin görüşü ləğv edildi

Türkiyə və Avropa İttifaqının 11 ölkəsinin dövlət və hökumət başçılarının miqrasiya və Suriyada vəziyyətə dair fevral ayının 18-də baş tutacaq görüşü ləğv edilib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə əsasən məlumat yayıb.

Daha öncə Ankarada partlayış zamanı 28 nəfərin öldüyü, daha 60-dan çox nəfərin isə müxtəlif xəsarətlər aldığı barədə məlumat yayılmışdı.   

İlkin məlumata görə, bomba hərbçilərin yataqxanasının yaxınlığında park edilmiş avtomobildə partlayıb.

Türkiyə hakimiyyəti Ankaradakı partlayışı terror aktı adlandırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb