Türkiyədə müxalifyönlü kanallarla bağlı araşdırma başladıldı

14:41 | 30.05.2023
Türkiyədə müxalifyönlü kanallarla bağlı araşdırma başladıldı

Türkiyədə müxalifyönlü kanallarla bağlı araşdırma başladıldı

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) 6 televiziya kanalı ilə bağlı istintaq başladıldığını açıqlayıb.

RTÜK seçki prosesi zamanı yayım prinsiplərinin pozulması və Ali Seçki Komissiyasının qadağalarına əməl edilməməsini əsas gətirərək Halk TV, Tele 1, KRT, TV5, Flaş Haber və Sözcü TV-yə qarşı istintaq başladıldığını açıqlayıb.

Seçki axşamı yayımlanan verilişlərdə "ictimaiyyəti nüfuzdan salan təhqir və hücumların” olduğu iddia edilib.

"Milli iradənin təzahür etdiyi seçki gününün axşamı FOX TV-nin aparıcısı Çidem Tokerin "Demokratiya seçki qutusundan ibarət deyil” ifadələri və bütün yayım ekspertlərimiz tərəfindən araşdırılır. Seçki qutularından sonra xalqı aşağılayan, millətimizi təhqir və hücumlarla nüfuzdan salmağa çalışan çıxışların edildiyi HALK TV, TELE 1, KRT, TV 5, Flash Haber və SZC TV-də də araşdırmalar aparılır”.

Sözügedən media orqanlarının əksəriyyəti müxalifyönlü KİV hesab olunur.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb