​Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı

12:45 | 02.12.2015
​Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı

​Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı

"İŞİD-ə qarşı birlikdə mübarizə aparacağımıza ümid edirik"

Türkiyənin Azərbaycandakı səfirliyi ölkə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ətrafında yaranan hadisələrlə bağlı bəyanat yayıb. Səfirlikdən "Report"a daxil olan bəyanatda Türkiyənin bu hadisə ilə bağlı gərginliyi artırmaq niyyətinin olmadığı vurğulanıb: "Bununla yanaşı, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm göstərəcəyimizi də gözləməsinlər. Təəssüflər olsun ki, bu hadisədən sonra Rusiya ölkəmizə qarşı hesablanmamış addımlar atmağa başlayıb".

Bəyanatda Ruisya təyyarəsinin Türkiyə sərhədini keçməsi, ona xəbərdarlıq edilməsi, habelə hadisə ilə bağlı məsələlər şərh edilib. "Nəticədə sağlam düşüncənin qalib gələcəyinə, bölgədə gərginliyi artırmadan İŞİD-ə qarşı birlikdə mübarizə aparacağımıza ümid edirik".  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb