“Twitter” musiqili xidmət göstərə bilər

20:04 | 06.06.2014
“Twitter” musiqili xidmət göstərə bilər

“Twitter” musiqili xidmət göstərə bilər

Dünyada ən məşhur sosial şəbəkələrdən biri olan “Twitter” musiqili servis almaq imkanını nəzərdən keçirir.

 

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Twitter” variant olaraq “SoundCloud”, “Spotify” və “Pandora” kimi iri musiqi servislərini almaq məsələsini nəzərdən keçirir. “Twitter”in direktoru artıq “Soundcloud”la danışıqlar aparır.

Musiqi servisinin alınması “Twitter”ə yeni istifadəçiləri cəlb etməyə və mövcud olanları  saxlamağa imkan verəcək.

 

Son samanlar servisin auditoriyasının artımı ləngiməyə başlayıb, nəticədə şirkətin səhmlərinin qiyməti, demək olar, iki dəfə azalıb.

Razılaşma bir neçə milyard dollar təşkil edə bilər, lakin analitiklər hesab edirlər ki, hazırda “Twitter”in bu məbləğdə pulu yoxdur. Servis ötən ilin payızında keçirilmiş, İPO-da 2,1 milyard dollar cəlb edib, lakin hələ də gəlirsiz sayılır.

Ötən il “Twitter” özünəməxsus “Twitter Music” əlavəsini istifadəyə verib, lakin o, istifadəçilər arasında böyük tələbat doğurmadı və 2014-cü ilin martında bağlanıb. Mayın sonunda məlum oldu ki, “Apple” şirkəti musiqili servis və qulaqcıq istehsalçısı “Beats”i üç milyard dollara alıb. Razılaşma şirkətin tarixində ən iri işbirliyi kimi qeydə alınıb.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb