Twitter parodiya hesabları yığışdırdı

19:21 | 01.06.2016
Twitter parodiya hesabları yığışdırdı

Twitter parodiya hesabları yığışdırdı

Twitter Rusiya rəsmilərini məsxərəyə qoyan parodiya hesabları yığışdırıb. Bu, həmin hesabların izləyicilərini qəzəbləndirib, onlar sosial şəbəkənin Kreml və müttəfiqlərinin təzyiqinə boyun əydiyini deyirlər.

Mayın 31-də Twitter-də Rusiya hökumətini iynələyən azı 5 ingilisdilli hesab bağlanıb. Rusiya Prezidenti Vladimir Putin-i məsxərəyə qoyan @DarthPutinKGB hesabı da bu sıradadır. Bu hesabın azarkeşləri dərhal #NoTwitterGulagForDarthPutinKGB həştəqiylə kampaniya başladıblar.

Twitter-in sözçüsü Ian Plunkett mayın 31-də göndərdiyi elektron məktubda yazıb ki, Twitter "məxfilik və təhlükəsizlik səbəblərindən fərdi hesablar barədə şərh vermir”. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM