UEFA-nın baş katibi “Qarabağ”-a görə Bakıya gəldi

23:53 | 15.12.2014
UEFA-nın baş katibi “Qarabağ”-a görə Bakıya gəldi

UEFA-nın baş katibi “Qarabağ”-a görə Bakıya gəldi

UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib. 

ANN.Az  AFFA-ya istinadla xəbər verir ki, UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Bununla yanaşı, görüş zamanı regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ” – "İnter” oyunu da müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb