Ukrayandan gələn gəmi İstanbulda qəza törədib

10:23 | 16.01.2023
Ukrayandan gələn gəmi İstanbulda qəza törədib

Ukrayandan gələn gəmi İstanbulda qəza törədib

Ukrayna limanından çıxan gəmi İstanbulun Sarıyer rayonu yaxınlığında, Bosfor boğazında qəza törədib. Bu barədə "Habertürk” telekanalı məlumat yayıb.

Hazırda Bosfor boğazı ilə hərəkət dayandırılıb, qəza yerinə 8 xilasedici qayıq göndərilib.

2022-ci il iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında sazişlər imzalayıblar. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.

Taxıl müqaviləsi çərçivəsində dəniz humanitar dəhlizi vasitəsilə Ukrayna limanlarından 14 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib. Dekabrın 17-nə olan məlumata görə, 556 yüklü gəmi Ukrayna limanlarını tərk edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb