Ukrayna parlamentində dava - VİDEO

10:00 | 23.11.2013
Ukrayna parlamentində dava - VİDEO

Ukrayna parlamentində dava - VİDEO

Ukraynada siyasi gərginlik pik həddinə çatıb. ANS PRESS xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna höküməti Avropa İttifaqı ilə assosasiya sazişinin dayandırmasına parlamentdə izahat verib. Ukrayna baş naziri Nikolay Azarov parlamentdəki çıxışında hökumətin Avropaya inteqrasiya prosesini dayandırmaq qərarını düzgün sayıb. Buna səbəb kimi Ukraynanın iqtisadi vəziyyətin pis olmasını göstərib.Baş nazirin sözlərinə görə, Ukraynanın bu addımı taktiki xarakterlidir: “Bizi belə bir qərar verməyə Beynəlxalq Valyuta Fondu məcbur buraxdıl. BVF Ukraynaya ağır kredit şərtləri təklif verdi. Həmçinin Avropa İttifaqı Ukraynanın Gömrük İttifaqından imtina edəcəyi halda itirəcəyi iqtisadi itkilərin kompensasiyası ilə bağlı konkret təklif irəli sürməyib. Ukraynanın Rusiya ilə sıx iqtisadi əlaqələri var. İki ölkə arasında gömrük tarifləri olduqca aşağıdır. Ukraynanın Gömrük İttifaqına üzv olacaq təqdirdə, bu tariflər daha da azalacaq”.Nikalay Azarovun çıxışı parlamentin müxalif yönmümlü deputatları arasında etirazla qarşılanıb. Vəziyyət deputatların baş nazirin üstünə yeriyib, onu “satqın” adlandırılmasına qədər inkişaf edib. Hökümət üzvləri parlamenti tələm-tələsik tərk edən zaman, deputatlar əllərinə keçən əşyaları onların arxasınca atıb.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM