Ukrayna prezidentinin təyyarəsi Savçenkonu gətirmək üçün Rusiyaya uçub

14:10 | 25.05.2016
Ukrayna prezidentinin təyyarəsi Savçenkonu gətirmək üçün Rusiyaya uçub

Ukrayna prezidentinin təyyarəsi Savçenkonu gətirmək üçün Rusiyaya uçub

Rusiyada həbsdə olan pilot, baş leytenant, Ali Radanın deputatı, "Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilə bilər.
 
Ukrayna prezidenti Pyotr Poroşenkonun təyyarəsi N. Savçenkonu vətənə gətirmək üçün Rusiyanın Rostov şəhərinə yola düşüb. 
 
"Yaxın saatlarda içində Yerofeyev və Aleksandrovun da olduğu prezident təyyarəsi Rostova enəcək. Savçenko artıq Rostovdadır”, - deyə məlumatlı mənbə bildirib. O, elə aeroporta rus hərbçiləri ilə Savçenkonun dəyişdiriləcəyini söyləyib.   
 
Qeyd edək ki, bu gün P. Poroşenko tərəfindən "QRU” əməkdaşlarının əfv olunması gözlənilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb