Ukraynada 54 separatçı öldürüldü

10:49 | 14.05.2014
Ukraynada 54 separatçı öldürüldü

Ukraynada 54 separatçı öldürüldü

Ukrayna Daxili İşlər Nazirliyinin “Yaquar” xüsusi təyinat dəstəsi Slavyansk şəhəri yaxınlığında gedən döyüşlərdə 54 separatçını məhv edib.
APA-nın “UNN”-ə istinadən verdiyi  xəbərə görə, bu barədə Ukrayna Milli Qvardiyasının 1-ci batalyonunun komandiri Andrey Antonişak mətbuat konfransında bildirib.
 
“Dəstənin pusquya düşməsinə, onun snayper və qumbaraatanlardan atəşə tutulmasına    baxmayaraq cavab atəşi ilə 54 separatçı öldürülüb”, deyə Antonişak bildirib. 
 
Bundan əvvəl verilən xəbərə görə, Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separaçılarla baş vermiş döyüş zamanı 7 hərbçi həlak olub.
 
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir. 
 
Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı separatçı Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib.  
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb