Ukraynada azərbaycanlı millətçini güllələdi

22:15 | 20.11.2013
Ukraynada azərbaycanlı millətçini güllələdi

Ukraynada azərbaycanlı millətçini güllələdi

Ukraynanın Luqansk vilayətində polis noyabrın 16-da evinə naməlum şəxslərin hücum çəkdiyi azərbaycanlı sahibkar Şahin Məmmədovu həbs ediblər. Oxu.Az “Ukrinform”a istinadən xəbər verir ki, hər iki tərəfin qarşılıqlı müqaviməti ilə müşayiət olunan hücum zamanı ev sahibi 1987-ci il təvəllüdlü gənci güllələyib.  Ukrayna DİN-nin Luqansk vilayəti üzrə idarəsinin mətbuat xidmətinin rəisi Tatyana Poqukayın bildirdiyinə görə, noyabrın 16-da xəstəxanaya gətirilən oğlan noyabrın 19-da orada dünyasını dəyişib.Luqansk vialyəti üzrə Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rasim Uğurluyevin bildirdiyinə görə, Məmmədov münaqişənin başlandığı an evdə olub. Onun evinin giriş qapısına bir neçə avtomobil yaxınlaşıb.Maşınlardan çıxan gənclər azərbaycanlının ünvanına irqçi xarakterli ittihamlardan sonra onu atəşə tutublar. Cavab olaraq, iş adamı və oğlu qeydə alınmış avtomat və tapançadan cavab atəşi açıblar.Eyni zamanda DİN-dən hadisənin bu şəkildə cərəyan etməsini təkzib edirlər. NBN-nin məlumatına görə, iş adamı özünü qorumaq məqsədilə atəş açıb. Bu zaman onun özünə heç kim hücum etməyibmiş. Buna görə də, azərbaycanlını istintaq təcridxanasına göndəriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb