Ukraynada hakimiyyət və müxalifətin görüşü baş tutmadı

17:49 | 10.12.2013
Ukraynada hakimiyyət və müxalifətin görüşü baş tutmadı

Ukraynada hakimiyyət və müxalifətin görüşü baş tutmadı

 Ukraynanın sabiq prezidenti Leonid Kravçukun hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə təşkil etmək istədiyi dəyirmi masa baş tutmayıb.APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, “Svoboda” Partiyasının lideri Oleq Tyaqnibok dəyirmi masaya dəvət almadıqlarını söyləyib: “Bizi heç kim bu barədə məlumatlandırmayıb. Heç kim zəng etməyib və çapar göndərməyib”. O. Tyaqnibok hakimiyyətlə danışıqlar aparmaq üçün meydanın icazəsini almaq lazım olduğunu vurğulayıb: “Biz xalqdan sanksiya almalıyıq”.      “Batkivşina” Partiyasının liderlərindən olan Aleksandr Turçinov bəyan edib ki, danışıqların başlaması üçün hakimiyyət müxalifətin ilkin tələblərini yerinə yetirməli və saxlanılan fəalları azadlığa buraxmalıdır. Eyni partiyadan olan deputat Nikolay Tomenko isə bildirib ki, müxalifət yalnız beynəlxalq vasitəçilərin iştirakı ilə birbaşa prezident Viktor Yanukoviçlə danışıq apara bilər: “Rəqqaslar, fiqurlu konkisürənlər, siyasi təqaüdçülər Ukraynanın taleyini həll etməməlidir”.    Xatırladaq ki, dekabrın 9-da prezident Viktor Yanukoviç L. Kravçukun dəyirmi masa ideyasını dəstəkləyib, lakin o, bu gün dəyirmi masaya qatılmayıb və sabiq prezidentlər L. Kravçuk, L. Kuçma və V. Yuşşenko ilə görüş keçirməklə kifayətlənib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb