Ukraynadan azərbaycanlı kriminal avtoritetlər çıxarılıb

13:10 | 06.05.2018
Ukraynadan azərbaycanlı kriminal avtoritetlər çıxarılıb

Ukraynadan azərbaycanlı kriminal avtoritetlər çıxarılıb

Mayın 5-də Ukraynadan iki azərbaycanlı kriminal avtoritet – "Dato Ağcəbədinski” və "İlqar Dmanisi” çıxarılıb.
Oxu.Az-ın vchaspik.ua-ya istinadla verdiyi xəbərə görə, Kiyevin Polis İdarəsi paytaxta gələn kriminal avtoritetlə bağlı xəbər alandan sonra onu saxlayıblar.
1985-ci il təvəllüdlü "Dato Ağcəbədinski” ağır cinayətlər üzrə dəfələrlə məhkumluq həyatı yaşayıb, 2012-ci ildə Yunanıstanda taclandırılıb.
"O, sərhədi qanunsuz olaraq keçərək, Ukraynanın hər regionunda tərəfdarlarını yerləşdirmək istəyib. Həmçinin o, pərakəndə satış bazarlarına qəsb etmə sistemi təşkil etməyi planlaşdırırmış”, – deyə polisdə bildirilib.
 "Qanuni oğrunun” Ukrayna ərazisinə 3 il müddətinə girişi qadağan edilərək ölkədən çıxarılıb.
Həmin gün İstanbul-Bakı reysi zamanı sərhədçilər "İlqar Dmanisi” ləqəbli daha bir "qanuni oğrunu” saxlayıblar. Onun ölkəyə girişi qadağan edildiyindən həmin reyslə geri qaytarılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb