Ulduz futbolçu "Barselona"dan ayrılır

21:52 | 02.10.2014
Ulduz futbolçu "Barselona"dan ayrılır

Ulduz futbolçu "Barselona"dan ayrılır

"Barselona" klubunun müdafiəçisi Daniel Alveş mövsümün sonunda komandadan ayrılacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə 31 yaşlı futbolçunun özü açıqlamasında deyib.

Braziliya mətbuatına danışan təcrübəli futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyini bildirib: "Barselona"da son mövsümümü keçirirəm. Növbəti mövsümdən İngiltərədə oynayacağam".

  

Qeyd edək ki, 2008-ci ildə "Sevilya"dan transfer olunan Alveş "Barselona" ilə 4 dəfə La Liqa, 2 dəfə isə Çempionlar Liqasının kubokunu qazanıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM