Unibanka məxsus investisiya şirkəti bazarın lideri oldu

16:28 | 11.08.2016
Unibanka məxsus investisiya şirkəti bazarın lideri oldu

Unibanka məxsus investisiya şirkəti bazarın lideri oldu

"Unicapital İnvestisiya  şirkəti” Açıq Səhmdar Cəmiyyəti  dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, broker şirkətlərin iyul ayı üçün renkinqinə başçılıq edir. Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin  müştərilərə göstərdiyi xidmətinin həcmi ay ərzində 52 milyon 795 min 373 manat olub.

Qeyd edək ki,  Unicapital İnvestisiya  şirkəti dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə,  eləcə də qeyri-rezidentlərə  geniş xidmət  təklif edir. 

Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində  Unicapital İnvestisiya Şirkəti  istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.  İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir. 

Etibarlı Forex xidməti təqdim edən Unicapital İnvestisiya  şirkəti, tələb olunan bütün lisenziyaları əldə edərək, Azərbaycan Forex bazarında aparıcı yerlərdədir. Unicapitalın Forex xidmətindən istifadə etmək istəyən hər bir müştəri aşağı spred, 24/7 dəstək, vəsaitin dərhal, limitsiz və komissiyasız mədaxili və məxarici kimi üstünlüklərdən istifadə edə bilər. 

Hazırda  Unicapital İnvestisiya Şirkətinin  nizamnamə kapitalı 300.000 manat təşkil edir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan,  Bankın saytından  (www.unibank.az) əldə etmək olar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb