- Restrukturizasiya prosesinin başa çatmasına bir neçə gün qalıb. "Unibank”da bu istiqamətdə işlər necə gedir?
"Azərbaycan
Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında” Prezident fərmanının ikinci mərhələsinin icrası
Unibank tərəfindən davam etdirilir. İndiyədək bankda restrukturizasiya
olunan kreditlərin həcmi 35 milyon manatı ötüb. Prosesi vaxtında və keyfiyyətlə
icra etmək üçün bankımızın bir sıra filialları hətta şənbə-bazar günləri də
müştərilərə xidmət edir.
Fərmanda da qeyd olunduğu kimi borcun
xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il
tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit müqavilələri üzrə
360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin
restrukturizasiyası nəzərdə tutulur. Müştərilərin restrukturizasiya ediləcək
kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq
bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu
qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır.
Fərmanda nəzərdə
tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə
rəsmiləşdirilir.Yeni kredit müqaviləsinə görə, birinci il ərzində müştəri
yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində çox kiçik məbləğ edir. 13-cü
aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər
edilir. Prosesin müştəriyə verdiyi əsas üstünlük, onun aylıq ödənişlərinin
minimuma salınmasıdır.
Proses başlayan kimi müştərinin krediti üzrə məhkəmə işi
və kredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından tutulmalar
dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq cüzi məbləğ
ödəyir. Hətta restrukturizasiya müqaviləsi imzalamış bir sıra Unibank
müştərilərinin nümunəsində deyə bilərəm ki, ilk bir ilin ödənişi 40-50 qəpik
belə təşkil edir.
-
Restrukturizasiya
prosesi müştəriyə daha hansı üstünlükləri verir?
Restrukturizasiya
prosesinin müştəriyə verdiyi üstünlük təbii ki, təkcə aylıq ödənişin 3-4 dəfə
azalması ilə bitmir. Restrukturizasiyaya
qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir ki, bu də müştərinin
ümumi borcunun ciddi şəkildə azalmasına səbəb olur. Ən əsas üstünlük isə
müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsinin
formalaşmasıdır.
Fərmanın ikinci mərhələsinin əhatə etdiyi şəxslər bir
ildən artıq gecikməsi olan müştərilər olduğundan, onlar yenidən kredit götürə
bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə müştərilərin kredit
tarixçəsi tamamilə təmizləndiyi üçün yenidən kredit götürmək imkanı yaranır.
- 30 dekabr 2019-cu il vətəndaşların restrukturizasiya müraciətlərinin qəbulunun son günüdür. Amma hələ də bu fürsətdən istifadə etməyən müştərilər var.
-Bəli,
prosesin yekunlaşmasına 1 həftədən də az müddət qalıb. Biz çalışdıq ki bütün
vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən,
ötən müddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə
yaratmaq bir qədər çətin olur.
Ona görə SMS, zəng çatmayan, Fərmana əsasən
restrukturizasiyaya aid olan və borcunu hələ də restrukturizasiya etməyən müştərilərimizdən
xahiş edirik ki filiallarımıza müraciət edərək, restrukturizasiya müqaviləsini
imzalasınlar. Bəzən isə Bank əməkdaşının restrukturizasiya müqaviləsini
imzalamaq üçün zənginə müsbət cavab verməyən müştərilər də olur.
Onlara da demək
istəyirəm ki, Cənab Prezidentin onlar üçün yaratdığı bu xüsusi imkandan istifadə
etmək üçün tələssinlər. Restrukturizasiya müqaviləsi imzalamayan müştərilər gələn il öz
kreditlərini əvvəlki şərtlərlə ödəmək məcburiyyətində qalacaqlar.
Adının restrukturizasiya siyahısında olub-olmamasını yoxlamaq istəyən müştərilər
şəxsiyyət vəsiqələri ilə onlara yaxın Unibank filialına yaxınlaşaraq, bunu dəqiqləşdirə
bilərlər. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində, "Dərnəgül” və
"Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda
restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar
ayrılıb. Odur ki, fərmanın əhatə etdiyi qalan bütün müştərilərimizi dekabrın
30-dək Unibank filiallarında gözləyirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !