Uşaqların və qatarların dostluq məkanı: Bakı “Şanxayı” - FOTOLAR

09:30 | 03.06.2015
Uşaqların və qatarların dostluq məkanı: Bakı “Şanxayı” - FOTOLAR

Uşaqların və qatarların dostluq məkanı: Bakı “Şanxayı” - FOTOLAR

ANN.Az fotomüxbirinin yolu bu dəfə Şanxaydan keçib. 

Keşlə qəsəbəsindəki Pəhləvan Fərzəliyev adına küçə Bakının "Şanxayı”ı adı ilə çox məşhurdur. Bu məhəllədə Azərbaycan vətəndaşları yaşayır – küçənin tən ortasından dəmir yol xətti keçir və qatarlar müntəzəm hərəkətdədir. Toy da olur, yas da… "Bakı Şanxayı”ndan gəlin köçən də var, bura gəlin gələn də. 

Buradakı evlər dəmir yolu xəttinin kənarında inşa edilib. Aralarında qəzalı olanları daha çoxdur. Bir müddət əvvəl buranın da söküləcəyi ilə bağlı söz-söhbət gəzsə də, hazırda hər hansı məlumat yoxdur, sakinlərin  dili ilə desək, "nisbi sakitlikdir”.

Bəlkə də Bakıda nadir yaşayış massividir ki, qatarlar burada sürətini azaldır, uşaqlar onun qarşısında o tərəf bu tərəfə qaçır, qadınlar dəmir yol xəttindən səki kimi istifadə edib bazar-dükana gedir, avtomobillər də boş dəmir yol xəttindən istifadə eləməklə ünvana yetişirlər.

ANN.Az-ın fotomüxbirinin hazırladığı fotosessiyanı oxuculara təqdim edirik. 

Fotoların müəllifi Fərqanə Novruzovadır


 
 
































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb