Vahid Ələkbərov Azərbaycanın hesabına çətin vəziyyətdən çıxdı

11:28 | 27.01.2015
Vahid Ələkbərov Azərbaycanın hesabına çətin vəziyyətdən çıxdı

Vahid Ələkbərov Azərbaycanın hesabına çətin vəziyyətdən çıxdı

"Sanksiyalarla əlaqədar xarici bankların "Lukoyl" şirkətinə kreditlər verməməsi haqda informasiyalar yalandır".

ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov açıqlama verib.

"Biz banklarla işləyirik, hazırda bizim layihələrimizin layihə maliyyələşdirməsi üzrə hazırlığı aparırlır. Bura "Şahdəniz" layihəsi də daxildir. Bu gün şirkət EBRR-lə danışıqlar aparır və maliyyələşdirmə təmin ediləcək", - deyə Ələkbərov vurğulayıb.

O həmçinin bildirib ki, "Lukoyl" şirkəti Özbəkistanın layihələrinin maliyyələşdirilməsi üçün Asiya ölkələri ilə danışıqlar aparır.

Qeyd edək ki, yaxın vaxtlarda şirkət "Şahdəniz-2" layihəsində öz payının (10%) maliyyələşdirilməsi üçün EBRR-dən 500 milyon dollar və ABR-dan 450 milyon dollar krediti almağı planlaşdırır.

Şirkətin maliyyələşdirilməsinə qarşı CEE Bankwatch Network-un Mərkəzi və Şərqi Avropadakı şəbəkəsi çıxış edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb