Vaqif Cavadov rəsmən Türkiyə klubunda

16:11 | 27.06.2014
Vaqif Cavadov rəsmən Türkiyə klubunda

Vaqif Cavadov rəsmən Türkiyə klubunda

Azərbaycan millisinin üzvü Vaqif Cavadov futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, Türkiyə birinci divizion təmsilçisi "Qaziantep Büyükşehir Belediyespor"la iki illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz jurnalistlərə açıqlamasında deyib: "Heyətimizə Vaqif Cavadov kimi önəmli futbolçu cəlb etdik. Onun komandaya fayda verəcəyinə inanırıq".

Xatırladaq ki, V.Cavadov son mövsüm Bakı "İnter"ində oynayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM