Vaqif Səmədoğlu yubileyi haqqında

15:02 | 06.06.2014
Vaqif Səmədoğlu yubileyi haqqında

Vaqif Səmədoğlu yubileyi haqqında

Xalq şairi Onkoloji klinikaya yerləşdiriləcək: “Yubiley yaxşı keçdi, amma narahat idim”
Xalq şairi Vaqif Səmədoğlu iyunun 7-də Bakıdakı Onkoloji klinikaya yerləşdiriləcək. Bədxassəli xərçəng xəstəliyindən əziyyət çəkən şairin beş gün klinikada müalicəsi davam etdiriləcək. Onunla telefon əlaqəsi saxlayıb əhvalını soruşmaq, yubileyinin necə keçdiyini özündən öyrənmək istədik. 
V.Səmədoğlu danışmağa çətinlik çəkdiyini deyərək, “Yeni Müsavat”a qısa şəkildə bunları dedi: “Ay Emil, mənim danışmağa gücüm var? Müsahibə verəcək halda deyiləm. Sabah məni onkoloji klinikaya aparacaqlar. İsraildən qayıdanda dərmanlar gətirmişik. 
İsraildəki həkimlər göstəriş veriblər ki, bu dərmanları Azərbaycanda mənə versinlər. İndi klinikada həmin dərmanlar mənə verilməlidir. Dövlət maddi cəhətdən müalicəmə kömək edir, amma İsrailə təzədən getmək mənəvi cəhətdən mənə çox çətindir”.
V.Səmədoğlu 75 illik yubileyinin dövlət səviyyəsində təşkil olunmasından razı qalıb: “Yubiley yaxşı keçdi. Ancaq narahat idim, otura bilmirdim. Amma belə çox yaxşı təşkil olundu”. Şair “Yeni Müsavat”ın kollektivinə salamlarını çatdırmağımızı xahiş etdi, diqqət üçün təşəkkürünü bildirdi. 
O, 1939-cu il iyunun 5-də Bakıda, şair Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əsərlərinə filmlər, teletamaşalar çəkilib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM