Vaqif Səmədoğludan YENİ XƏBƏR

21:00 | 14.08.2014
Vaqif Səmədoğludan YENİ XƏBƏR

Vaqif Səmədoğludan YENİ XƏBƏR

“Vaqif müəllimin vəziyyəti orta stabildir. Hazırda müalicəsi davam edir”. Bu sözləri “Yeni Müsavat”a xalq şairi Vaqif Səmədoğlunun səhhəti barədə danışan xanımı Nüşabə Vəkilova bildirib. N.Vəkilovanın sözlərinə görə, şair hazırda onkoloji klinikadadır: “Həftədə iki dəfə onkologiyaya gedirik, müalicəsini alıb evə qayıdır. Özünü yaxşı hiss edir. Şükür ki, yemək yeyir, gəzir, arabir internetə girir, qəzetlərə baxır”.V.Səmədoğlu ölkə başçısının maddi dəstəyi ilə İsraildə müalicə olunub. O, bədxassəli şişdən əziyyət çəkir. O, 1939-cu il iyunun 5-də Bakıda, şair Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əsərlərinə filmlər, teletamaşalar çəkilib.

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM