Var olanın qədrini bilməyəndə... - FOTOLAR

09:24 | 23.10.2015
Var olanın qədrini bilməyəndə... - FOTOLAR

Var olanın qədrini bilməyəndə... - FOTOLAR

İlahi varlıq tərəfindən insanlara bəxş olunan hər bir şey nemətdir - ruzi də, su da, hava da, təbiət də. Onların qədrini bilmək, sonuna qədər qayğısına qala bilmək, qorumağı bacarmaq bəşər övladının ümdə vəzifələrindən biridir. Qorumayanda, unudanda, baxımsız buaxanda bumeranq kimi zərbəsi özümüzə dəyir, özümüz ağlayır, özümüz əzab çəkirik.
 
ANN.Az-ın fotoreportyoru bu günlərdə Nəsimi rayonu ərazisində olan baxımsız parklardan birində olub. Park "Koroğlu" parkı ilə üzbəüzdə yerləşsə də, tamamilə pis gündədir. Sadəcə görünüşündən demək olar ki, vaxtilə buranın da cah-cəlallı günləri olub - Uzunömürlü ağaclarla əhatələnməsi, taxta oturacaqlarından qalmış bir-iki nümunə, çay daşlarından yaradılmış müxtəlif mozaikalar...
 
Payızın xəfif günlərində bir qədər də kədər çökmüş bu parkdan ürək ağrısı ilə ayrılmamaq olmur, həm də yada düşəndə ki, belə unudulan məkanlar hələ də çoxdur, amma bunları təmir edib əvvəlki şan-şöhrətlərini qaytarmaq əvəzinə yeniləri inşa olunur...
 
Fotoların müəllifi Fərqanə Novruzovadır 
 
 








































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb