Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

19:43 | 05.04.2016
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

Sadələşdirilmiş verginin ödəyiciləri bəyannamələrini aprelin 20-dək təqdim etməlidir

Sadələşdirilmiş verginin ödəyiciləri hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verməli və həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir. "Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin sadələşdirlimiş vergi ödəyicilərinə etdiyi müraciətdə deyilir.

"Sadələşdirilmiş vergi ödəyicisinin 1-dən artıq təsərrüfat subyekti (obyekti) varsa, o, eyni zamanda, "Sadələşdirilmiş verginin bəyannaməsi”nə 3 nömrəli Əlavəni də tərtib edərək təqdim etməlidir”, - deyə müraciətdə qeyd olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM