Vətən müharibəsi iştirakçılarına bu səbəbdən medallar verilmir-AÇIQLAMA

13:56 | 18.11.2021
Vətən müharibəsi iştirakçılarına bu səbəbdən medallar verilmir-AÇIQLAMA

Vətən müharibəsi iştirakçılarına bu səbəbdən medallar verilmir-AÇIQLAMA

Füzuli-Şuşa istiqamətində gedən döyüşlərin bir qism  iştirakçısı medallarının verilməməsindən narahatdır. Bu barədə adının açıqlanmasını istəməyən İkinci Qarabağ savaşının iştirakçılarından biri deyib.
 

" 2021-ci il iyunun 29-da bir qrup döyüş iştirakçısı yığışıb Müdafiə Nazirliyinə gəldik. Adlarımızı siyahıya aldılar. Bizə orada nazirliyin səlahiyyətli şəxsləri dedi ki, cənab prezidentin Zəfər Günü ilə bağlı noyabrın 8-də sərəncamı olacaq. Biz də səbr etdik, daha təkrar nazirliyə getmədik. Belə baxanda o medalın elə dəyəri yoxdur. Biz sadəcə haqqımızı istəyirik, əziyyət çəkmişik”, - deyə döyüş iştirakçısı bildirir.
 
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov deyib ki, medalların verilməsi müəyyən səbəblərlə bağlı gecikdirilsə də, məsələ dövlətin nəzarətindədir.
 
" Medalların verilməsi ilə bağlı yubanma müəyyən səbəblərlə bağlıdır, amma bu, medal verilməyəcək demək deyil. Səbirli olmaq lazımdır. Əsas medal deyil, əsas odur ki, salamat evlərinə dönüblər. Medalların təqdimatı məsələsi dövlətin diqqətindədir. Medallar Müdafiə Nazirliyi tərəfindən deyil, ali rəhbərlik tərəfindən verilir. Bəlkə başqa özəl gün, bayramla bağlı planlaşdırılıb. Hələlik məlumatımız yoxdur.  Hazırda erməni təxribatlarının qarşısının alınması ilə bağlı işlər gedir”, - deyə nazirliyin sözçüsü vurğuladı.
 
Samirə Əli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb