Vilanova öldü

22:23 | 25.04.2014
Vilanova öldü

Vilanova öldü

"Barselona"nın sabiq baş məşqçisi Tito Vilanova dünyasını dəyişib.Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən təcrübəli mütəxəssis 45 yaşında vəfat edib.Dünən gecə mədəsindən kəskin ağrı səbəbindən əməliyyat edilən və durumu ağır olan Vilanovanın həyatını həkimlər xilas edə bilməyib.Xatırladaq  ki, iki ildir xərçəng xəstəliyi səbəbindən müalicə olunan çalışdırıcı ötən ilin iyulunda xəstəliyi daha da dərinləşdiyi üçün istefa vermişdi.Qeyd edək ki, Vilanova 2008-2012-ci illərdə "Barsa"da həmin vaxt baş məşqçi vəzifəsində çalışan Pep Qvardiolanın köməkçisi olub. O, 2012/2013 mövsümündə isə Kataloniya təmsilçisində baş məşqçi kimi işləyib.Allah rəhmət eləsin!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM