Vilayət Eyvazov Fuad Bəxtiyarovu vəzifəsindən azad etdi

17:44 | 30.10.2019
Vilayət Eyvazov Fuad Bəxtiyarovu vəzifəsindən azad etdi

Vilayət Eyvazov Fuad Bəxtiyarovu vəzifəsindən azad etdi

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Anews.az "Report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb