Vüqar Həşimovun xatirəsi Moskvada anılacaq

13:41 | 07.04.2014
Vüqar Həşimovun xatirəsi Moskvada anılacaq

Vüqar Həşimovun xatirəsi Moskvada anılacaq

Avropa çempionu, dünyanın aparıcı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turniri keçiriləcək.

Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun (“Развития и возрождения Азербайджанской культуры”) birgə təşkilatçılığı ilə şahmat turniri keçiriləcək. Hərəkatın Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin ANN.Az-a verdiyi məlumata görə, turnir dünya şöhrətli şahmat ustası, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunacaq: “Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu ilə birlikdə 25 aprel 2014-cü ildə Moskva şəhərində dünya şöhrətli azərbaycanlı şahmat ustası, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir təşkil edəcəyik. Vüqar Həşimov çox gənc yaşında bizləri tərk etsə də, Azərbaycanın şahmat sahəsində dünyada tanınması üçün böyük uğurlar əldə edib. Buna görə də, xaricdə yaşayan və fəaliyyət göstərən gənclər kimi biz də Vüqar Həşimovun xatirəsini beynəlxalq şahmat turniri təşkil etməklə yad etmək qərarına gəldik. Turnirdə bir çox ölkələrdən tanınmış şahmatçılar iştirak edəcək”.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb