Vüqar Əli: Mənim missiyam insanlara istilik və pozitiv ötürməkdir”MÜSAHİBƏ

18:03 | 08.12.2015
Vüqar Əli: Mənim missiyam insanlara istilik və pozitiv ötürməkdir” – MÜSAHİBƏ

Vüqar Əli: Mənim missiyam insanlara istilik və pozitiv ötürməkdir”MÜSAHİBƏ

 
 
Rüstəm Qasımov

ANN.Az-ın tanınmış azərbaycanlı rəssam Vüqar Əliylə müsahibəsi

- Nəyə görə rəssamlığı seçdiniz, Vüqar. Ailənizdə başqa rəssam vardımı? 

- Rəssamlığa sevgi atam Əli Əliyevdən gəlir, o mühəndis idi. Amma bir vaxtlar pionerlər evində rəsm öyrənmişdi. Hərbdən qayıdandan sonra atam Əzim Əzimzadə adına buraxılışa daxil olmaq niyyətindəydi, ancaq həmin dövrdə Azərbaycanda neft bumu yaşanmağa başlamışdı və gənclər neftçi olmağa can atırdılar. Ona görə də atam neftçi olmaq qərarına gəlmişdi. Onun pionerlər evində müəlliməsi olmuş Məsumə xanım atamdan ciddi şəkildə incimişdi, axı əvvəllər müəllimlərlə şagirdlər arasında tamam başqa münasibətlər vardı. O hesab edirdi ki, atam öz istedadını məhv edir, atamın rəssamlığı atmasını qəbul edə bilmirdi. Ona görə də mənim qərarım yek oldu – rəsm!

Yeri gəlmişkən, üstündən 25 il keçəndən sonra Məsumə xanım məni öyrətdi. Sinfə daxil olanda, o mənə tez-tez atamın adıyla müraciət edirdi. Məhz bu xanım mənə akvareldə çəkməyi öyrətdi, bazayla təmin etdi. Müğənni olsaydım, mənə bu müqayisə uyğun gələrdi: Məsumə xanım mənə səs yerləşdirdi (gülür). Mən onunla iki il hazırlaşdım və Əzim Əzimzadə adına kollecə daxil oldum. 
 


- Buraxılışda hansı fakültədə oxuyurduz? 

- Monumental (bədii) rəsm. Niyə? Çoxları mənim rəssamlıq fakültəsini bitirdiyimi düşünür, ancaq belə deyil. Bu fakültədəki təhsil məni xeyli zənginləşdirdi. Bizə keramikadan tutmuş, müxtəlif materiallarla işləməyə icazə verilirdi, özü də təkcə kətan üzərində yox. Biz rəsmi öyrənirdik, ancaq bununla yanaşı kompozisiya fantaziyası üçün azadlıq verilirdi, bu da bizim inkişamız üçün yaxşı idi. Biz həmçinin barelyef formaları düzəldirdik, sonra onları rəngləməklə təcrübə qazanırdıq. Məni bədii rəsm özünə çəkirdi, çünki burada rəsmlə, qrafikayla, heykəltaraşlıqla məşğul olmaq, daha doğrusu eyni vaxtda bir neçə janrı birləşdirmək imkanı vardı. Rəssam azad olanda və çərçivələrdən uzaq olanda inkişaf edir. 

İncəsənət universitetinə gəldikdə isə, mən orada sənaye qrafikası və qablaşdırma fakültetinə daxil oldum. Həmin dövrdə kompüter qrafikası və fotoşop proqramı mövcud deyildi, ona görə də biz hər şeyi müxtəlif alətlərin köməyilə əllə etməli olurduq. Biz şüşədə reklam kompozisiyaları, kağızdan relyef maketləri düzəldir, modul sistemlərini öyrənirdik. 
 


- Siz peşənizə uyğun iş görürdünüz? 

- 1999-2009-cu illər aralığında bir çox reklam şirkətlərində işləmişəm. Həmçinin emblemlərin hazırlanmasıyla, müxtəlif məhsulların qablaşdırılmasıyla, avtosalonları üçün böyük plakatların dizayn olunmasıyla, poliqrafiyayla, kitab, broşur və bukletlərin düzəldilməsiylə məşğul olmuşam. Hazırda isə Muzey Mərkəzində dizayner-layihəçi kimi çalışıram, bədii və kukla sərgilərinin reklam banerlərinin və videroliklərinin hazırlanmasıyla məşğul oluram. Bundan başqa, Cənubi Qafqazda ilk ixtisaslaşmış "Kukla” art-qalereyasının dizayn və reklam rolikləri də mənə məxsusdur. 

- Vüqar, rəssamlıqda hansı cərəyanı üstün tutursuz? 

- Bu barədə dəqiq söz demək mənə çətindir, ancaq yaradıcılığımda müraciət etdiyim cərəyan barədə danışa bilərəm. Məsələn, mənim "Bakı tematika”m var, burada realizm üstünlük təşkil edir. Bu işlərin əksəriyyəti etüd və təsvir kimi şəhərdə çəkilib. Burada mən koloriti, estetikanı və s. saxlamağa çalışıram. 
 


- Siz naturadan çəkməyi sevirsiz, yoxsa öz təsəvvürünüz kifayət edir?

- Əlbəttə ki, naturadan, bu böyük məktəbdir, həmişə də aktualdır. Hər rəssam təsəvvürünü qidalandırmaqdan ötrü müntəzəm olaraq naturaya müraciət etməlidir. Hətta abstarksiya çəkərkən də, estetikanı unutmaq olmaz, yoxsa tamaşaçı özünü təhqir olunmuş hiss edə bilər. Axı abstraksiyanın özündə belə kompoziyanın əsasları – pozitiv, etika, estetika və tamaşaçıya hörmət olmalıdır. Ona görə də natura və fantaziya mənimçün əlaqəlidir, mən onları ayırmıram. 

- Portretlər yaradıcılığınızda hansı yeri tutur? 

- Mən uzun illər portret çəkmişəm, özü də təkcə kətanda deyil, mərmərdə də. Bu gün mən portretə hansısa təəssüratın təsiri altında olarkən, məsələn, xüsusi qız, qadın və yaxud uşaq obrazı görərkən müraciət edirəm. Mən onu kətana naturadan istifadə etmədən, personajı necə görürəmsə, elə köçürə bilərəm. Portretdə vacib olan əsas ideyanı yerləşdirmək, personajın xarakterini göstərməkdir, bu, çoxillik və əziyyətli işin bəhrəsi olur. 
 


- Şəkillərinizdə tez-tez şanapipik quşunun şəklini çəkirsiz, bu nəylə bağlıdır? 

- Bu quşun şəklini bir çox azərbaycanlı rəssamlar da çəkir. Mənə qaldıqda isə, mən şanapipiyi həm təbii formada, həm də avaqard üslubda çəkirəm. O mənə uşaqlığımı, Abşeronun qumlu sahillərini, Zuğulbanı, uşaqlığımın keçdiyi və koloritlə bol dövrü xatırladır. 

- Sizin qadını təsvir etmənizdə orijinal yanaşma var. Azərbaycan gözəlləri sizin rəsmlərinizdə məsələn, kamança-qız ola bilər...

- Kamança-qızın doğulmasının tarixi çox maraqlıdır. Xaricdə yaşayan və "Avroviziya”ya hazırlaşan müğənni Günay Aleksi xatırlayıram. O ingiliscə oxuyurdu, bizim mərhum virtuoz kamança ustamız Habil Əliyev isə kamançada çalırdı. Mənə onunçün poliqrafik üz qabığının hazırlanması barədə təklif gəldi. Bu möhtəşəm mahnını dinləyəndən sonra mən şəkli çəkdim. Beləliklə, kamança-qız peyda oldu və onu Günay Aleksə həsr etdim. Əlbəttə, təəssüf ki, mənim şəklim onun albomu üçün üz qabığı olmadı, ancaq tarixə keçdi. Bu işi çox sayda insan bəyəndi. Çox sayda müsbət rəylər eşitdim. Dünyanın müxtəlif yerlərindən mənə təkliflər gəlməyə başladı. Əvvəlcə ölçü o qədər də böyük deyildi, sonrasa zamanla böyüdü. 
 


- Bəs "Nargilə” obrazı? 

- Bu uzun əhvalatdır və bu barədə çox yazılıb. Bu qeyri-real obrazdır, onu kiməsə həsr etməmişəm. Bizim rəssamlarımız nar mövzusuna tez-tez müraciət edirlər, bu mövzu başqa xalqlarda da populyardır. Mən bir dəfə qrafik təsvirlər cızırdım və bunu dəfələrlə təkrar edirdim, beləliklə də bu əsrarəngiz obraz yarandı. Sonralar mən bu obrazı müxtəlif variasiyalarda çəkdim. Ona görə də bu obrazın müxtəlif obrazları var. 

- Sizi yaradıcılığa ilhamlandıran nədir? 

- Gözəllik, pozitiv, xeyirxahlıq, sevgi. Rəssamlıq musiqi kimidir, o insanda nəsə isti, parlaq, yaxşı bir şey buraxmalıdır, insan tənha və kədərlidirsə də, ona pozitiv verməlidir. Əlbəttə, rəssam da depressiyaya düşür, ancaq bunun sadəcə ona dəxli var, o öz problemləriylə tamaşaçını yükləməməlidir, onsuz da dünyada indi o qədər neqativ var ki. Rəssamın hədəfi qarada ağı göstərməkdir, çünki təşvişə düşmək olmaz. 

- Vüqar, sizin fərdi sərginiz olubmu? 

- Sonuncu dəfə mənim fərdi sərgim 2010-cu ildə Park Bulvarda və Park Kafedə keçirilib. Park bulvarda art-festival keçirilirdi, orada mən də daxil olmaqla, 8 rəssamın işləri sərgilənirdi. Hər iki sərgi yüksək səviyyədə baş tutdu. 
 


- Bəs gələcəkdə fərdi sərgi keçirməyi planlaşdırırsızmı? 

- Əlbəttə, niyə də yox (gülür). Axı sərgi sərgi rəssam üçün bayramdır. Biz hamımız vaxtımız çatanda bu dünyanı tərk edəcəyik, ancaq şəkillərimiz qalacaq və insanları uzun illər sevindirməkdə davam edəcək. Sərgi üçün kompozisiyalar toplamaq mənimçün çətin deyil, çünki mən bir gündə bir neçə şəkil çəkə, hətta bunu sərgi vaxtı belə edə bilirəm. Ancaq emalatxanada işləyəndə mən qarşıma sərgidə nümayiş etdirmək üçün 25 rəsm çəkməyi məqsəd qoymuram. Hər rəssamın məqsədi yaradıcı prosesdə olmaq, öz emosiya və hisslərini ifadə etməkdir. Məsələn, qonşu Türkiyədə Ankarada və İstandulda sərgi keçirmək barədə təkliflər gəlir, ancaq mən tələsmirəm. Mən hətta xaricə şəkillərsiz gedə və 15 gün ərzində şəkil çəkmədən dayana bilmirəm. Zaman səviyyəni göstərəcək. 

- Və sonda – rəsm sizin üçün nə deməkdir? 

- Rəsm mənim həyatdakı obrazım, özümü ifadə etməyim və aldığım nəfəsdir. Məncə, bu dünyadan keçən hər bir insanın bir missiyası var, o bu dünyaya həmin missiyanı yerinə yetirmək üçün gəlib. Mənim missiyam isə rəsmlərim vasitəsilə insanlara pozitiv və istilik ötürməkdir. Yazıçı əsər yazır və onu milyonlar oxuyur. Bəstəkar simfoniya bəstələyir və onun xaqların nümayəndələri başa düşür. Rəssam isə mətndən istifadə etmədən rəsm yaradır və onun rəsmlərni, yaradıcılığını bütün dünyada sevirlər. Hər şeyə baxmayaraq, mən inanıram ki, gözəllik dünyanı xilas edəcək... 

- Vüqar, maraqlı müsahibəyə görə təşəkkür edirik. Sizə yaradıcılığınızda uğurlar və müvəffəqiyyətlə arzulayırıq. 

- Təşəkkür!
 
























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb