Vyananın nəhəng multikultural bazarı – REPORTAJ

17:09 | 02.02.2016
Vyananın nəhəng multikultural bazarı – REPORTAJ

Vyananın nəhəng multikultural bazarı – REPORTAJ

Rüstəm Qasımov

Özünün nəhəng ticarət mərkəzləri, bahalı butikləri, lüks mağazaları ilə tanınan Avropanın ən böyük meqapolislərində olan Vyana nə qədər qəribə olsa da açıq hava altındakı bazarlarıyla da fərqlənir. Bugün biz sizinlə Vyananın ən böyük bazarlarından olan "Naşmarkt"ə ("Naschmarkt") qastronom səfəri edəcəyik. 

"Naşmarkt" Vyananın mərkəzindən biraz aralıda, dəqiq desək Viden və Mariahilf rayonlarının kəsişməsində, 19-cu əsrin sonunda yer üzündən silinmiş qədim Vyana çayının sahilində yerləşir. Bazara gedib çatmaq asandır. Bazarın yaxınlığında "U4" metro stansiyası mövcuddur. Bazarın iş rejiminə qaldıqda isə o, bazar günü istisna olmaqla hər gün səhər tezdəndən axşama qədər açıq olur. 
 


Vyanalılar tez-tez "Naşmarkt"i "Şəhərin mədəsi” adlandırırlar, versiyalardan birinə görə, "Naschmarkt” "Şirniyat bazarı” kimi tərcümə edilməlidir. Vyananın sərhədlərindən xaricdə də məşhur olan nəyi bu bazarda tapmaq olar? İndi insanların nəyə görə "Naşmarkt"ə axışdığını biləcəksiniz. 
 
"Naşmarkt”də mətbəxdə lazım olan istənilən şeyi tapmaq mümkündür. Meyvə, tərəvəz, balıq, ət, çörək və pendir çeşidlərin bolluğu istənilən mətbəx reseptini əhatə edə bilər. "Naşmarkt” öz alıcılarını həmçinin suşi, istridyə və Şərqi Avropa, Yunanıstan, Türkiyə, Yaponiya və Çindən gətirilmiş müxtəlif növ delikates, şirniyyatlarıyla da təəccübləndirə bilər. 

Bu bazarda Azərbaycan bazarına məxsus əzgili görəndə necə təəccübləndiyimi təsəvvürünüzə gətirin. Bəlli oldu ki, "Naşmerkt”də hətta əzgil də tapmaq olur. 

Bazarı fərqləndirən cəhətlərdən biri də onun ətrafındakı restoranların bolluğudur, burada müştərilər müxtəlif xalqların mətbəxinə məxsus yeməkləri yeyə bilərlər. Buna görə də, "Naşmarkt” çoxsaylı insanları ortaq görüş yeridir. Restoranlar Avstriya, İtalyan mətbəxindən Hind, Vyetnam mətbəxinə qədər müxtəlif ölkələrin yeməklərini təklif edirlər. Bura qurmanları və sadəcə yemək həvəskarların sevimli məkanıdır. Çəkinmədən "Naşmarkt”i multikultural mərkəz adlandırmaq olar. 
 


Bazarda satılan təkcə meyvə-tərəvəz, müxtəlif növ yeməklər deyil, burada həmçinin istənilən zövqə uyğun paltar satılan dükanlar da mövcuddur. 

Qeyd etmək yerinə düşər ki, "Naşmarkt”in tarixi xeyli qədimdir. XVIII əsrdə Yelizavet körpüsünün olduğu çayın sağ sahilində kəndli bazarı mövcud idi, burada əsasən ağartı məhsulları satılardı, buna görə də bazarın əvvəlki adı "Aschenmarkt” idi. 
 


Şotland monastırları ilə daimi münaqişə səbəbindən içəri şəhərdəki Freyburq meydanındakı tərəvəz bazarı "Aschenmarkt”ə köçürüldü. Meyvə-tərəvəz bazarında ən ekzotik, nadir meyvələr belə satılırdı. Bazarın olduğu yerdəki çay yer üzündən silindikdən sonra onun ərazisi xeyli genişləndi. Sonradan bazar da, orada satılanların həcmi də hədsiz genişləndi. Bu gün isə "Naşmarkt” dünyanın müxtəlif xalqlarının mədəni qovuşma yeridir. Bəzən mənə elə bilirdim, Daşkənd bazarındayam, burada hətta Şərqi xatırladan çoxlu detallar vardı, onlardan biri də qoxu idi. 
 


Bu ekzotikanı görəndə elə bilirdim ənənəvi Asiya bazarında gəzirəm. Ancaq bazardakı kolbasa bölməsini görəndə anlayırsan ki, Avropada, Vyanadasan. 

Bir sözlə "Naşmarkt”də hədsiz gözəl atmosfer hökm sürür, burada həm alış-veriş, həm istirahət edə, həm də kafe-restoranlarda oturub müxtəlif mətbəxlərə məxsus təamlardan dada bilərsiniz. 

Bununla da Vyanadan növbəti reportajımız başa çatır. Sonda "Naşmarkt”də çəkilmiş fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 






























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb