“WhatsApp”da yeni funksiya olacaq

18:42 | 02.03.2024
“WhatsApp”da yeni funksiya olacaq

“WhatsApp”da yeni funksiya olacaq

"WhatsApp” messencerinin tərtibatçıları yeni funksiyanı təqdim ediblər.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.

Ekspertlər bildiriblər ki, istifadəçilər üçüncü tərəf platformalarından dialoqları idarə etmək imkanı əldə edəcəklər.

Aydınlıq üçün mütəxəssislər Android üçün "WhatsApp”ın beta versiyasının skrinşotunu təqdim ediblər. Təqdim edilən fotoda "Üçüncü tərəf söhbətləri” bölməsi göstərilir. Onun altında "Söndür” və "Seçilmiş proqramlar” düymələridir.

Çox güman ki, "WhatsApp” profilini "Telegram”, "Instagram” və digər ani mesajlaşmalar və sosial şəbəkələrlə əlaqələndirilə bilər.

Yeni funksiya inkişaf mərhələsindədir və qarşıdan gələn proqram yeniləməsində əlçatan olacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM