• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə iki Britaniya jurnalisti həbs edilib

Türkiyədə iki Britaniya jurnalisti həbs edilib
01.09.2015 14:17
Vice News jurnalının əməkdaşları Jake Hanrahan və Philip Pendlebury Türkiyənin Diyarbakır vilayətində çəkiliş apararkən həbs ediliblər.

Türkiyədə məhkəmə iki britaniya jurnalistinə və onların tərcüməçisinə qarşı "terror” ittihamı irəli sürüb.

Vice News jurnalının əməkdaşları Jake Hanrahan və Philip Pendlebury Türkiyənin Diyarbakır vilayətində çəkiliş apararkən həbs ediliblər.

Xəbər verilir ki, polis jurnalistləri İŞİD və ya PKK ilə mümkün əməkdaşlıqları barədə sorğu-sual edir.

Mətbuat orqanı ittihamları "əsassız və narahatlıq doğuran” adlandırıb.

Bu da bildirilir ki, jurnalistlər polis və kürd silahlıları arasında baş verən toqquşmalar mövzusunda material hazırlayırdılar.

Türkiyə hökuməti PKK-nın fəal olduğu bu bölgəyə jurnalistlərin gəlişini məhdudlaşdırıb.

Qərb mediası xatırladır ki, Türkiyə 2012-2013-cü ildə dünyanın "ən böyük jurnalist məhbəsçisi” adını qazanıb.

Lakin bu da qeyd olunur ki, Türkiyədə həbs edilmiş əcnəbi jurnalistlər əksər hallarda azad olunur və ya deportasiya edilirlər.




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol