• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Türkiyəyə daha bir güzəşt

Azərbaycandan Türkiyəyə daha bir güzəşt
10.12.2015 12:41
Türkiyə də Azərbaycan avtomobillərinin qalma müddətini 90 günədək uzadıb.

Azərbaycan Türkiyədən olan avtobus və iritonnajlı avtomobillərin sürücüləri üçün multivizanın qüvvədə olma müddətini 1 il uzadıb. 
Bunu ölkə hökumətindən deyiblər. Öz növbəsində, Türkiyə Azərbaycandan avtobus və iritonnajlı avtomobillərin ölkə ərazisində mütəmadi qalma müddətini 30 gündən 90 günədək uzadıb.

TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib ki, iki ölkə arasında tranzit daşımalarının böyük həcmi nəzərə alınsa, bu, aktual qərardır:

"Azərbaycanın iritonnajlı avotmobillərinin Türkiyədə uzun müddət qalması və geriyə qayıdarkən malların yüklənilməsi üçün imkanları olması məqsədilə Türkiyə qarşısında dəfələrlə bu məsələni qaldırmışıq. Hazırda bunu Türkiyədə az qalma müddətinə görə etmək problem yaradır".

Azərbaycan bundan əvvəl də Türkiyəyə müəyyən güzəştlər həyata keçirib. Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.

Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.



 
Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılır. 
Noyabrın 25-dən Türkiyə TIR-larına Gürcüstan - Rusiya sərhədində problemlər yaradılıb. Bu məsələ iki gün sonra Bakıya gələn Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı ilə görüşünüdə müzakirə edilib. Nazir Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib.

Bundan sonra İlham Əliyev Türk TIR-larının tranziti üçün hər cür yardımın edilməsi ilə bağlı təlimat verib. Təlimatdan sonra iki ölkənin səlahiyyətliləri qərara gəlib ki, Türk TIR-ları Azərbaycan ərazisindən güzəştli şərtlərlə keçəcək.

Bundan başqa, prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır. (anspress)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol