• $
  • €
  • ₽
  • ₺
  • £

Yarım tonluq adam öldü - FOTO

Yarım tonluq adam öldü - FOTO
26.12.2015 16:16
Dünyanın ən kök insanı 38 yaşında həyatla vidalaşıb.

Dünyanın ən kök insanı sayılan təqribən yarım tona yaxın çəkisi olan Andres Moreno Sepulveda dünyasını dəyişib. 

ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 38 yaşlı keçmiş polis Meksikada ölüb. Özünü pis hiss edən Andres Moreno xəstəxanaya aparılarkən yolda keçinib. Onun ölümünə səbəb infarkt və peritonit xəstəliyi göstərilir. 

Bir neçə ay bundan əvvəl Morenonun çəkisi 450 kq olub. Amma bu il onun mədəsində əməliyyat aparıldıqdan sonra 100 kq-a yaxın çəki ata bilmişdi. 

Bir müddət reabilitasiya kursu keçən Morenonu noyabr ayında kəskin peritonitlə bağlı təcili yenidən əməliyyat etməli olmuşdular. Amma bu əməliyyatdan sonra Andres Morenonun səhhəti yaxşılığa doğru dəyişməyib. 

Meksikada çəkisinə görə Ginnesin Rekordlar Kitabına düşən daha bir insan - Manuel Uribe isə ötən ilin mayında 48 yaşında dünyasını dəyişmişdi. Onun ölümünə isə qaraciyər çatışmazlığı səbəb olmuşdu. Manuel Uribe həmin vaxt bütün dünyada 590 kq çəkisi ilə tanınmışdı. 



Manuel Uribe - 590 kq çəkili Meksikalı


Mayın əvvəlində vəziyyəti ağırlaşan Uribeni qaldırıcı kranın köməkliyi ilə xəstəxanaya aparmışdılar. Burda dietoloqların köməkliyi ilə o 320 kq-a qədər arıqlaya bilmişdi. Hətta çəkisinə baxmayaraq 2008-ci ildə evlənən Manueli nikah mərasimdən gətirərkən qohumları müvəqqəti olaraq evin divarını sökməli olmuşdular. Amma aparılan müalicələrə baxmayaraq, onun qaraciyərində yaranan problemlərə görə həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən vaxt isə onun çəkisi 394 kq idi. 


Manuel Uribenin toyu


Göründüyü kimi, oturaq həyat, düzgün qidalanmama, eləcə də stress və digər müxtəlif səbəblərdən yaranan piylənmə və ağır çəki insan həyatının tezliklə sona çatması ilə nəticələnir. Sonradan hətta müəyyən müalicə kursları belə köməyə çata bilmir. Çünki ağır çəki nəticəsində fəaliyyətdən qalan və hər biri əlaqəli şəkildə işləyən daxili orqanlardan birinin sıradan çıxması ilə insan həyatı yarıda qalır. Odur ki, yaşadığı müddətdə insan daim sağlam həyat tərzinə üstünlük verib, fiziki aktivliyə, düzgün qidalanmağa çalışmalıdır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol