• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan Rusiyaya kəskin etiraz

İrandan Rusiyaya kəskin etiraz
24.02.2016 10:13
İran İslam respublikası Səudiyyə Ərəbistanının və Rusiyanın neft hasilatının yanvar ayı səviyyəsində saxlanılması barədə əldə etdiyi razılaşmaya kəskin reaksiya bildirib.
 
ANS PRESS-in məlumatına görə, İranın neft naziri Bijen Namdar Zəngənə bu qərara öz etirazını bildirib. Nazir razılaşmanı gülməli zarafat kimi dəyərləndirib.  

"Bəzi qonşu ölkələr əvvəlki illərdə hasilatlarını gündəlik 10 milyon barelə çatdırıblar və ixracata bu səviyyədə davam edirlər. Ondan sonra da riyakarcasına "Hamımız neft hasilatını eyni səviyyədə saxlayaq” – deyirlər. Onlar hasilatı 10 milyon bareldə saxlayacaq, biz isə 1 milyonda? Bu çox gülməli zarafatdır.”     

OPEK ölkələri olan Venesuella, Səudiyyə Ərəbistanı, Qətər və OPEK-in xaricindəki ən böyük neft ixracatçısı olan Rusiya ötən həftə neft qiymətlərini artırmaq üçün hasil etdfikləri neft miqdarını yanvar ayı səviyyəsində saxlamaq üçün razılığa gəlmişdilər.
Neftdə gözlənilən böyük ucuzlaşma

Nüvə proqramı səbəbindən 2012-ci ilin iyul ayından Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən neft ixracına embarqo tətbiq edilən İran, ötən ilin 14 iyulunda imzalanan nüvə razılaşmasından sonra sanksiyaların ləğv olunması ilə yenidən neft hasilatını çoxaltmaq istəyir.   

Səudiyyə Ərəbistanının neft hasilatını çoxaltması ilə ötən ildən bəri neftin qiyməti 70 faizə qədər ucuzlaşıb. İranın neft hasilatını çoxaltması ilə neft qiymətindəki ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.

Ötən ildən neft qiymətində kəskin ucuzlaşma baş vermiş və bu hal iqtisadiyyatı neftdə asılı olan ölkələrdə ciddi problemlər yaradıb. ABŞ-ın uzun illər sonra Avropaya neft ixrac etməyə başlaması bu tendensiyanı sürətləndirmişdi. Neftin ucvuzlaşmasından sonra bəzi körfəz ölkələrində uzun illərdən sonra ilk dəfə benzin bahalaşmışdı. Yaxın günlərdə isə Venesuelada benzinin qiyməti 60 dəfəyə qədər artmışdı.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol