• $
  • €
  • ₽
  • ₺
  • £

Obama Putindən kömək istəyib?

Obama Putindən kömək istəyib?
09.04.2016 17:24
Ağ Ev Suriyada Amerika vətəndaşının azad edilməsini alqışlayıb. Amma Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh etməkdən imtina edib. XİN-in bəyanatında qeyd edilirdi ki, ABŞ prezidenti şəxsən Rusiya prezidenti Vladimir Putindən bu məsələ ilə bağlı kömək istəyib. 

"Biz ümumilikdə ABŞ vətəndaşının Suriya hökuməti tərəfindən azad edilməsini təsdiqləyir və alqışlayırıq. Bilirsiniz ki, ABŞ Suriyada itkin düşən və ya girov götürülən amerikalıların təhlükəsiz azad edilməsi üçün bütün mümkün üsullardan istifadə edir", - deyə Ağ Evin nümayəndəsi Ceniffer Freidman deyib. 

Aprel ayının 7-də Suriyada girov olan ABŞ vətəndaşı azad edilib. Rəsmi Vaşinqton azad edilən şəxsin adını açıqlamayıb. Ancaq jurnalistlər onun 33 yaşlı Kevin Douc olduğunu müəyyən ediblər. Dövlət Departamenti onun azad edilməsinə Moskvanın vasitəçi olduğunu deyib. 

Ötən gün isə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova  jurnalistlərə açıqlama verərək bildirib ki, Barak Obama şəxsən Vlaimir Putinə müraciət edib. O, Suriya ərazisində ola biləcək Amerika vətəndaşının axtarışında vasitəçilik etməsini istəyib. 

Zaxarova deyib ki, aprelin 1-də Dous Rusiyaya məxsus  hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya gətirilib və ABŞ səfirliyinə verilib. Bundan qısa müddət sonra isə Rusiya ərazisini tərk edib. //anspress.com

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol