• $
  • €
  • ₽
  • ₺
  • £

​WSJ: Rusiya Suriyanın şimalına artilleriya yerləşdirir

​WSJ: Rusiya Suriyanın şimalına artilleriya yerləşdirir
21.04.2016 11:52
Rusiya Suriyanın artıq hökumət qoşunlarının cəm olduğu şimal hissəsinə artilleriya yerləşdirməyə başlayıb.

 Moskvanın bu addımı genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpa oluna bilmə ehtimalına görə ABŞ-ın narahatçılığına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə Amerika hökumətindəki mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin mənbələri, həmçinin bildirirlər ki, İran qoşunlarının bir hissəsi də Suriya hökumətinin nəzarəti altında olan ərazilərə qayıdıb. ABŞ kəşfiyyatı iki həftə öncə Suriya müxalifətinin nəzarəti altında olan Hələb şəhəri və Latakiyaya Rusiya artilleriyalarının yerləşdirildiyini qeydə alıb.

Lakin, nəşr yazır ki, Rusiya artilleriyanı İŞİD və "Nüsra Cəbhəsi" terror qruplaşmalarına qarşı aparılan döyüşlərdə fəal istifadə edir. Həmçinin son vaxtlar Moskva hökumət qoşunlarına dəstək vermək üçün aviasiyadan istifadəni də artırıb. Rusiya aviasiyası hazırda günə təqribən on aviazərbə endirir. Rusiya sülh razılaşması qüvvəyə minənədək gün ərzində yüzə yaxın zərbə endirirdi.

Aprelin 15-də Suriya ordusu "Hizbullah" və Rusiya aviasiyasının dəstəyi ilə Dəməşqin 355 km-də yerləşən Hələb şəhərinə hücuma keçməyə başlayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol