• $
  • €
  • ₽
  • ₺
  • £

Ter-Petrosyan: "Qarabağın müstəqilliyini birtərəfli tanımaq olmaz"

Ter-Petrosyan: "Qarabağın müstəqilliyini birtərəfli tanımaq olmaz"
10.05.2016 12:43
Eks-prezident Ermənistan rəhbərliyinin "bəzi deputatların qeyri-praqmatik təşəbbüsünə uymamasını" yüksək qiymətləndirdiyini yazır

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ilur.am saytında dərc edilmiş yazısında qeyd edir ki, Ermənistan Dağlıq Qarabağın birtərəfli qaydada tanınmasına yol verməməlidir.

"Ermənistan öz hərəkətləri ilə danışıqlar prosesinin məntiqindən qırağa çıxmamalıdır. Əksinə, Minsk qrupunun danışıqlar prosesinə tam şəkildə cəlb olunmasına çalışmalıdır. Bu yolla konstruktiv qaydada öz məqsədinə nail olmağa səy göstərməlidir. Çünki müzakirə olunan sənədlər arasında Qarabağın müstəqilliyinin tanınmasına nail olmaq üçün zəruri olan hüquqi əsaslar var," - deyə Ter-Petrosyan bildirib.

Eks-prezident Ermənistan rəhbərliyinin "Qarabağ rəhbərliyinin də razılığı ilə" "bəzi deputatların qeyri-praqmatik təşəbbüsünə uymamasını" yüksək qiymətləndirdiyini yazır.

Ter-Petrosyan qeyd edib ki, birtərəfli tanıma BMT, ATƏT kimi beynəlxalq təşkilatların, yaxud da heç olmasa bir-iki böyük dövlətin dəstəyinin olmadığı halda gözlənilməz və faciəvi nəticələrə gətirib çıxara bilər.

"Şübhəsiz ki, beynəlxalq ictimaiyyət gec-tez Qarabağın müstəqilliyini tanıyacaq. Bu əminlik ona əsaslanır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və şəxsən Rusiya, ABŞ və Fransa prezidentlərinin simasında dünya artıq Qarabağ xalqının referendum yolu ilə öz müqəddəratını təyin etmə hüququnu tanıyıb," deyə Ter-Petrosyan qeyd edib. 

Keçmiş prezident qeyd edib ki, "məsələnin əhatəli həlli Minsk qrupunun Madrid prinsipləri əsasında işləyib hazırladığı planın reallaşdırılmasını nəzərdə tutur ki, bu planda da Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququ, yəni müstəqil dövlət yaratma hüququ təsbit olunur."

Ter-Petrosyanın fikrincə, danışıqlar prosesində uğur qazana bilmək üçün Ermənistan tərəfi Madrid prinsiplərində əks olunmuş referendum və öz müqəddəratını təyin etmə ideyasından başqa "remedial secession" ("xilas naminə ayrılma") doktrinasını da əsas götürməlidir.

O qeyd edib ki, sözügedən doktrina tərəflərdən birinin irqi, milli, dini, yaxud hər hansı başqa səbəbə görə öz ərazisində yaşayan etnik ərazi azlığının hüquqlarını dövlət səviyyəsində sistematik olaraq pozduğu, həmçinin onu məhv etmək, yaxud köçürməklə hədələdiyi zaman tətbiq olunur. Onun sözlərinə görə bu zaman beynəlxalq ictimaiyyət bu xalqların birlikdə yaşamasını qeyri-mümkün hesab edərək məcburi qaydada azlığın yaşadığı ərazini həmin dövlətdən ayırmağa borcludur.

Azərbaycan isə erməni azlığının heç bir haqqını pozmadığını, onların hər zaman muxtariyyət, milli təhsil və s. atributlara malik olduğunu deyir. Eyni zamanda Azərbaycan ölkə ərazisində yaşayan ermənilərə ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu da qeyd edir.  (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol