• $
  • €
  • ₽
  • ₺
  • £

Boris Conson: “Brexit” Avropanı tamamilə tərk etmək demək deyil”

Boris Conson: “Brexit” Avropanı tamamilə tərk etmək demək deyil”
15.07.2016 12:52
Boris Conson Avropa Birliyi referendumunun nəticələrinə hörmət edilməsini vacib sayıb və bunun tamamilə Avropa Birliyini tərk etmək olmadığını vurğulayıb.

ANN.Az-ın "The İndependent”ə istinadən verdiyi  xəbərə görə, İngiltərənin yeni xarici işlər naziri Boris Conson bunları deyib: "Düşünürəm ki, biz qlobal güc olaraq İngiltərənin qlobal profilini və əhəmiyyətini yenidən müəyyənləşdirmək üçün lazım olan digər tədbirləri həyata keçirməliyik”.

XİN rəhbəri hesab edir ki,  referendumun keçirilməsi  xalqın  iradəsinin ortaya qoyulmasıdır: "Amma, heç bir halda bu Avropanı tərk etmək anlamına gəlməməlidir. Avropa Birliyini tərk etməklə Avropa ilə əlaqələri kəsmək arasında böyük fərq var. Mən Avropa dövlətləri  ilə ölkələrarası intensiv  əlaqələr qurulucağını düşünürəm”.

Keçmiş jurnalist Conson , 2001-ci ildə Henley şəhərindən deputat, həm də 8 il boyunca London şəhər bələdiyyə sədri vəzifələrini icra edib. Tereza May baş nazir təyin edilən gün B.Consonu Xarici İşlər naziri postuna gətirdi.

Lakin onun bu vəzifəyə gətirilməsi heç də birmənalı qarşılanmayıb. Bəziləri onun yarı-Keniyalı olmasını əsas gətirərək Britaniyaya qarşı kin saxlayacağını düşünür. Parlament üzvü Devid Lami yazdığı bir "tweet”ində Consonun təyinatını belə qiymətləndirib: "Conson bizim xarici işlər nazirimizdir? Olmaya bu pis bir yuxudur? Ya yaranmış fırtına? Allah, bizə kömək et!”.

Qeyd edək ki, xarici işlər naziri postu Böyük Britaniyanın ən böyük 4 postundan biri sayılır.

Hazırladı:
Həşim Səhrablı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol