• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycanda özəlləşdirməni gözləyir

Türkiyə Azərbaycanda özəlləşdirməni gözləyir
05.08.2016 23:59
Özəlləşdirməyə aid ediləcək müəssisələrin siyahısı açıqlandıqdan sonra Azərbaycanda Türkiyə investisiyalarının fəallaşacağı gözlənilir.

Bu barədə Türkiyə xarici iqtisadi əlaqələr Şurasının (DEIK) sədri Səlcuk Akar avqustun 5-də bu ölkənin Bakıdakı səfirliyində keçirilən tədbirdə danışıb.

Tədbirdə bildirilib ki, səfir İsmayıl Alper Coşqunun rəhbərliyi ilə Türkiyənin biznes nümayəndələri baş nazirin müavini Abid Şərifov və Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovla görüşüblər.

"Türkiyə iqtisadi islahatlar yolunda Azərbaycanı dəstəkləməyə, ikitərəfli ticari-iqtisadi əlaqələri və sahibkarların investisiya planlarını inkişaf etdrməyə hazırdır”, - səfir İ.A.Coşqun qeyd edib.

İyulun 15-də baş tutmayan hərbi qiyamdan sonra azərbaycanlı investorların Türkiyədə davranışı barədə Turan-ın sualının cavabında səfir deyib ki, investorlar etimadlarını davam etdiriblər.

"Əksinə, biz Azərbaycandan investisiyanın artdığını görürük. Bu, Türkiyə iqtisadiyyatının böhranlı vəziyyətlərə davamlı olmasının nəticəsidir”, - səfir vurğulayıb.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin yeni rəhbəri Adəm Urfa deyib ki, Azərbaycan hökumətilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq qarşıdakı illərdə də davam etdiriləcək.

"TİKA Azərbaycanda fəaliyyət göstərdiyi 21 ildə 150 müxtəlif layihə həyata keçirib. Həmin layihələrdən 7000 nəfər istifadə edib. Bu layihələr təhsil, səhiyyə, turizm, ətraf mühit və başqa sahələri əhatə edib. Biz Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdlərinin dəstəklənməsi imkanlarını öyrənmək və yaxın üç ildə əməkdaşlıq strategiyasını hazırlamaq niyyətindəyik ”, - o bildirib.

Vergilər Nazirliyinin məlumatına görə, Azərbaycanda Türkiyə kapitallı 1685 şirkət fəaliyyət göstərir.

Onların iqtisadiyyata qoyduqları investisiyalar 10,5 milyard dollar həcmində dəyərləndirilir.

Təxminən 8,5 milyard dollarlıq investisiyanı da azərbaycanlı iş adamları və SOCAR Türkiyə iqtisadiyyatına qoyub.

Bu il yanvarın 18-də prezident İlham Əliyev " geniş özəlləşdirmə proqramının hazırlanması ” tapşırığını verib.

Mayın 19-da da prezident «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb. 
Artıq, Azərbaycanda özəlləşdirmənin iki mərhələsi geridə qalıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir. (Azadliq.org)

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol