• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyanın səfiri islamı qəbul etdi - Həccə getdi

Britaniyanın səfiri islamı qəbul etdi - Həccə getdi
16.09.2016 11:04
Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kolliz islamı qəbul edərək müsəlman olub, sonra da həcc ziyarətinə yollanıb. O, islamı qəbul etmiş ilk yüksək çinli britaniyalı diplomatdır.

Milli.Az Daily Mail-ə  istinadən bildirir ki, 60 yaşlı Kollizin dediyinə görə, müsəlmanlar arasında 30 il yaşayandan sonra islamı qəbul etməyə qərar verib.

Kral Səud Universitetinin əməkdaşı Faziyə əl Bəkr Twitter-dəki profilində britaniyalı səfirin və onun əslən suriyalı olan xanımı Huda əl Mucarkeşin həcc ziyarətində çəkilmiş fotolarını paylaşıb.

"Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri islamı qəbul edəndən sonra həccə yollanıb. Saymon Kolliz xanımı Huda ilə Məkkədə", - əl Bəkr yazıb.

"Əslində, Huda ilə ailə qurmazdan əvvəl müsəlman olmuşdum. Amma bunu açıqlamırdım",  - S.Kolliz deyib.

S.Kolliz artıq 30 ildir ki, Britaniyanın Yaxın Şərq ölkələrindəki diplomatik missiyalarında çalışır. O, əvvəllər Britaniyanın Suriya, İraq və Qətərdə səfiri olub, habelə Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Tunisdə yüksək diplomatik postlar tutub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol